Şirvan şəhəri, Ş. Şükürov küçəsi 13 ünvanında yaşayan, 1979-cu il təvəllüdlü Həsənov Şövqi Əbil oğlu noyabrın 15-də saat 17.00 radələrində Kür çayının Şirvan şəhərinin ərazisindən keçən hissəsində boğulub.
Kür çayının sahilində tilovla balıq tutan Ş. Həsənov suya yıxılıb.
Ş. Həsənovun meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Şirvan məntəqəsinin əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.