Etatist.com-a, redaktor Kamran Həsənlinin həbs olunması ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında bildirib ki, əgər sübut olunsa ki, redaktor Kamran Həsənli aksiyada jurnalist kimi fəaliyyət göstərib , o zaman heç bir problem olmayacaq.
"Danışdırıldıqdan sonra sübut olunsa ki, həqiqətəndə o, mətbuat işçisi kimi iştirak edib,araşdırılıb buraxacaqlar, amma məlum olsa ki o, aksiyada mətbuat işçisi kimi yox, qanunsuz aksiyanın nümayəndəsi kimi iştirak edib, o zaman onunla bağlı lazım tədbirlər görüləcək. Yəni, narahat olmayın. Əgər sübut olunsa ki o, jurnalistdir və orda jurnalist kimi iştirak edib, heç bir problem olmayacaq.”