Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azercell artıq bölgələrdə Tələbə Proqramı layihəsini həyata keçirir

Azercell artıq bölgələrdə Tələbə Proqramı layihəsini həyata keçirir
Daim Azərbaycan gənclərinin inkişafına yönəlmiş layihələri dəstəkləyən və təhsillə bağlı bir sıra proqramlar həyata keçirən Azərbaycan rabitə bazarının lider şirkəti Azercell Telekom Tələbə Proqramı çərçivəsində bu dəfə bölgələrdə yeləşən universitetlərdə təhsil alan tələbələri sevindirib.


Belə ki, Azercell  Naxçıvan Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində və Mingəçevir Politexnik İnstitutunda təhsil alan tələbələrə Bölgə Tələbə proqramına qatılmaq imkanını təqdim edir. Bölgə Tələbə proqramında qalib gələn tələbələr ali təhsillərinin sonunadək  aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə qazanmaq şansını əldə edəcəklər.



Son müraciət tarixi noyabrın 25-ə qədər olan Bölgə Tələbə Proqramının məqsədi  müvəffəqiyyətlə təhsil alan və akademik fərq yaradan tələbələrə xüsusi qayğı göstərmək, yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaq və  korporativ sosial məsuliyyətli fəaliyyətlər çərçivəsində cəmiyyətə  töhfə verməkdir. Proqram çərçıvəsində  şirkət əməkdaşları bu günlərdə Mingəçevir Politexnik Institutuna gələrək tələbələrlə görüş keçiriblər. İnstitutun Energetika və Mexanika eləcə də İqtisadiyyat və İdarəetmə fakültələrində 200 tələbə ilə görüş keçirən şirkət təmsilçiləri Bölgə Tələbə Proqramı, Azercell-in tələbələr üçün təklif etdiyi Tələbə Birliyi Tarifi və yenicə istifadəyə verdiyi Gənc Ol proqramı haqqında məlumat verərək, müzakirələr aparıblar. Görüşün sonunda tələbələrə Azercell tərəfindən hədiyyələr paylanılıb. 



Qeyd edək ki, Azərbaycanlı tələbələr tərəfindən çox maraqla qarşılanan Tələbə Proqramı 2008-ci ildən etibarən hər tədris ilində təqdim edilir. Onlar Azercell-dən təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin dəstəyilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar. Məlumat üçün bildirək ki, Azercell Telekom fəaliyyətə başladığı gündən gənclərin elm və təhsilinin inkişafı üçün bir sıra uğurlu layihələr həyata keçirib. Bu layihələr sırasında ölkə universitetlərində 3G və 4G laboratoriyalarının təşkili, Barama İnnovasiya Mərkəzi nəzdində reallaşan saysız uğurlu layihələr, müxtəlif Tələbə Proqramlarını xüsusilə qeyd etmək olar. 



Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz



Qeyd edək ki, Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.


Teqlər:
Bu xəbər cəmi 855 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR