Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib. Avrasiya regionunda yerləşən dövlətlərin gənc liderlərinin dəvət olunduğu bu dostluq görüşü Çin Gənclər Federasiyasının təşəbbüsü ilə keçirilir. Görüşün məqsədi tarixi ipək yolu üzərində yerləşən ölkələrin gənc liderləri arasında qarşılıqlı dostluq münasibətlərinin möhkəmləndirmək, eyni zamanda Avrasiya regionunda fəaliyyət göstərən gənclər təşkilatları arasında əməkdaşlığı genişləndirməkdir.
Toplantı çərçivəsində gənc liderlərin iştirakı ilə keçirləcək müxtəlif mövzularla bağlı müzakirələr təşkil olunacaq. İştirakçı ölkələri təmsil edən gənclər tarixi ipək yolunun iqtisadi inkişafında iştirak formaları ətrafında fikir mübadiləsi aparacaqlar.
1949-cu ildə yaradılmış Çin Gənclər Federasiyası ölkənin ən böyük gənclər təşkilatıdır. Qurumun tərkibinə 52 üzv-təşkilat və yüz min fərdi üzv daxildir.
“Böyük İpək Yolu” BGİ 2012-ci ildə 27 ölkəni təmsil edən gənclər təşkilatının iştirakı ilə Bakıda təsis olunub. Qurumun məqsədi tarixi ipək yolu üzərində yerləşən ölkələrin gəncləri arasında humanitar, mədəni sahədə əməkdaşlığın yaradılmasıdır.