Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda bildirilir ki, cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-12, gündüz 14-18 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında isə hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir və şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcəyədək isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 746 mm-ə enəcək, nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.