“Sahil bağı”nda təşkil olunan mərasimdə rayon rəhbərliyi, aksiya iştirakçısı olan məktəblilər, onların valideynləri və təhsil aldıqları məktəblərin direktorları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramova şagirdlərə turun məqsədi barədə məlumat verib.
X.Bayramova bildirib ki, aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin xatirində əvəzsiz iz buraxıb.