Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, havanın temperaturunun gecə 6-10, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında nisbətən yüksək atmosfer təzyiqi fonunda temperatur rejiminin norma daxilində tərəddüdü, əsasən mülayim cənub küləyinin üstünlülüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.