Məşqçi verilişdə Reynaldo barədə maraqlı açıqlamalar verib. Qurbanov ik öncə legionerlərdən danışıb: "Legionerlərlə işləmək asan olduğu qədər, bir o qədər də çətindir. Baxmayaraq ki, futbolun dili birdir. Mənim üçün daha önəmli olan oların həm idmançı, həm də insanlıq xarakteridi. Onlar ölkəmizə yuxarıdan aşağı, futbolumuza isə inkişaf etməmiş oyun növü kimi baxırlar. Buna görə, çalışırıq onlara ilk növbətə bizim mentalitet və qayda-qanunlarımızı başa salaq, onların bura uyğunlaşmasına yardımçı olaq”.
Gənc mütəxəssis daha sonra Reynaldo barədə fikirlərini bildirib: "Reynaldo "Anderlext”ə keçəndə 18 yaşı vardı və gələcəyi çox perspektiv vəd edirdi. Lakin sonradan o gözlənilən nəticəni vermədi. Bildiyim qədər buna onun şəxsi həyatı ilə bağlı, futboldan kənar problemləri səbəb olub. Bir o qədər də yaxşı həyat yaşamırdı. Belə həyat tərzi olan idmançı da hər zaman geridə qalır. Onun bu xarakterinə görə klubu onu daha az qiymətə buraxmağa razı idi. Reynaldonu komandaya dəvət edəndə o artıq zədəli idi və 5 ay idi ki futbol oynamırdı. Fizioterapevtimiz onun tez bir zamanda sağala biləcəyini bildirdi. Bircə qalırdı onun xarakteri ki, bunu da onun menecerlərindən maraqlandıq, hansı xarakterində problem olduğunu müəyyənləşdirdik və qərara aldıq ki, ona şans verək. Zamanla onunla söhbət etdik, dil tapdıq və bu gün düşünürəm ki, komandamıza faydası var. Ancaq Reynadonun belə xarakterdə olması məni narahat edir. Çünki, bu cür insanlar nə vaxtsa yenə öz xarakterlərinə qayıdırlar. Bizim onunla 4,5 illik müqaviləmiz var. Əgər o əvvəlki xasiyyətinə qayıtsa, klubun qayda-qanununa zidd hərəkətlər etsə, o zaman onu pul cəzası gözləyəcək. Kariyerasına ciddi zərbə vurmuş olacaq. Həmçinin mən də bir məşqçi kimi ona qarşı öz prinsiplərimi ortaya qoyacam. Bu barədə onun özü ilə dəfələrlə danışmışıq və o özü də bunu anlayır”.