İran prezidenti Milli Məclisin qonağı olacaq, deputatlar qarşısında çıxış edəcək. "İran və Azərbaycan ticarət dövriyyəsini 10 milyard dollara qaldıra bilərlər."
Bunu iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədri Mahmud Vaezi deyir. Vaezi ötən həftə Bakıya səfər edib, Ruhaninin iki günlük səfərinə hazırlıq görüşləri keçirib.
İkitərəfli münasibətlər son iki ildə yaxşılaşıb. 2012-ci ildə Azərbaycanda hücumlar planlaşdırmaqda ittiham olunan və İranla bağlılığı iddia edilən bir neçə nəfər saxlanmışdı.
Həsən Ruhaninin səfərinə görə Bakının bəzi küçə prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verdiyi məlumata görə bu gün sabah saat 16.00-dan paytaxtın Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər, Azadlıq prospektləri, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.
İdarənin sürücülərə müraciətində bildirib ki, göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etsinlər.