Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Xarici qonaqlar Bayraq meydanında

Xarici qonaqlar Bayraq meydanında


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycan Dövlət Bayrağı Günü münasibəti ilə üzvü olan gənclər təşkilatları üçün Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə məlumat turu təşkil edib. ARGTMŞ-dən verilən məlumata görə, tədbirdə ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərləri, fəalları, xarici ölkələrdən qonaqlar və mətbuat nümayəndələri iştirak edib.



Tədbir gənclər və gənclər təşkilatları arasında dövlət rəmzlərinə qarşı rəğbət hisslərinin gücləndirilməsi və dövlət rəmzlərinin tarixi barədə məlumatlılığın artırılması məqsədi ilə təşkil olunub.



Tədbir zamanı iştirakçılara Azərbaycan Respublikasının Dövlət Bayrağının tarixi, müasir Azərbaycan və Ermənistan ərazisində yerləşən qədim dövlət və xanlıqların bərpa olunmuş bayraqları ilə Azərbaycanın qədim dövlətçilik ənənələri haqqında məlumat verilib. Azərbaycanın qədim tarixini əks etdirən ştamplar, pul vahidlərinin nümunələri, fotoşəkil və sənədlərlə tanış olmaq imkanı əldə edən iştirakçılar tədbirin gedişatı zamanı Azərbaycan və Dövlət Bayrağının tarixi ilə bağlı suallarına da cavab tapıblar. 



Tədbirdə iştirak edən ARGTMŞ-nın sədri Şahin Seyidzadə gənclərin dövlət rəmzlərinə rəğbətininin artırılması üçün onların bu rəmzlərin tarixi haqqında məlumatlılığının artırılmasının zəruri olduğunu vurğulayıb:



“ARGTMŞ artıq 19 ildir fəaliyyət göstərir və Azərbaycanın ən böyük gənclər platforması kimi gənclər və gənclər təşkilatlarını Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirir. Məhz bu, təşkilatın əsas idealoji əsası kimi, adı və loqosunda öz əksini tapır. Təşkilat daima beynəlxalq gənclər platformalarında Azərbaycanın maraqlarını təmsil edir, üzvləri ilə birgə gənclərin vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində fəaliyyət göstərir. Sözsüz ki, vətənpərvərlik çox geniş anlayışdır, onun göstəricilərindən biri də dövlət rəmzlərinə hörmət və rəğbətdir. Əlbəttə, gənclər və gənclər təşkilatlarının dövlət rəmzlərinə rəğbət hissinin gücləndirilməsi üçün onların bu rəmzlərin tarixi ilə bağlı məlumatlılığının artırılması zəruridir.”


Teqlər:
Bu xəbər cəmi 1450 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR