Tanınmış somelye, aktyor Tatsumi Takuronun apardığı verilişin qonağı olan manqa rəssamı Şeyzo Vataşeyə və yazıçı Eri Muraokaya axşam yeməyi üçün dünaynın şərab istehsalında tanınmış ölkələrinin məhsullarından ikisini seçmək təklif olunub.
Aparıcı T.Takuro isə Azərbaycan şərabının ətrinə görə fərqləndiyini vurğulayıb və onun tamını arxaik gülüşə bənzədərək yaponların belə bir şərabı sevəcəyini deyib. “Saperavi” şərabını xarakterizə edən somolye xanım Çişa Hamada onun eleqant turşuluğa malik olduğunu bildirib.
Qeyd edib ki, bu şərab ət yeməkləri ilə yaxşı harmoniya təşkil edər. Verişidə bildirilib ki, Azərbaycan şərabları Yaponiya bazarına cəmi bir il əvvəl daxil olmasına baxmayaraq, yapon şərabsevərlər arasında geniş populyarlıq qazanmaqdadır.