Bu fikirləri Milli Məclisin deputatın Rafael Cəbrayılov avtosfer.az saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, qanunda açıq şəkildə yazılıb ki, bu nömrələr Dövlət Yol Polisi İdarəsinin rəsmi internet səhifəsində və DYP-nin imtahan-qeydiyyat şöbələrində rahat görünə biləcək yerlərdə tablolaroda yazılıb vurulmalıdır. “İnsanlar da sərbəst şəkildə seçim edib, dövlət rüsumunu banka ödəməklə istədikləri dövlət nömrə nişanını alıb öz avtomobillərinə vura bilərlər. Amma əfsuslar olsun ki, bu gün bu sahədə açıq bazardır. Mən bunu deməkdən çəkinmirəm, bu gün dövlət nömrə nişanları bazar qiymətləri ilə satılır”.
Deputatın sözlərinə görə, düzdür, iqtisadiyyatımız bazar iqtisadiyyatıdır. Amma bu o demək deyil ki, yol polisi həmin nömrələri bazar iqtisadiyyatının qaydalarını təqdim etməklə bazar qiymətinə və yaxud, qara auksiona çıxarıb satmalıdır: “Təəssüf ki, bu, reallıqdır və baş verir”.