Bu barədə məlumat klubun rəsmi “Facebook” səhifəsində paylaşılıb.
“Dünən Tofiq Bəhramov adına Respublika stadionunun qapılarından birinin aşması nəticəsində yaralanan azarkeşimiz Samir Mirzəyevin müalicə və əməliyyatın bütün xərclərini "Qarabağ" futbol klubu rəhbərliyi öz üzərinə götürüb”, - deyə məlumatda vurğulanılır.
Xatırladaq ki, ötən gün Azərbaycanın "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov Ukraynanın "Dnepr" klubu ilə oyundan öncə Tofiq Bəhramov adına Respublika stadionunun qapılarından birinin aşması nəticəsində klubun azarkeşi Sabir Mirzəyevə baş çəkib.
AzVision.az xəbər verir ki, bu barədə report.az-a xəstənin qohumları məlumat verib. 42 yaşlı mütəxəssis matçdan sonra gecə saat 2:00 radələrində yaralının müalicə aldığı 1 saylı Şəhər Klinik Xəstəxanasına yollanıb. O, zərərçəkənə şəfa diləyib və atası ilə də görüşərək, onunla söhbət edib. Öz növbəsində ata Mirzəyev "Qarabağ" naminə hər şeyə hazır olduqlarını söyləyib. Qurbanovla yanaşı, klub rəsmiləri də xəstəxanaya baş çəkiblər.
Qeyd edək ki, əslən Füzulidən olan Sabir Mirzəyev Sumqayıtda yaşayır. Hazırda xəstənin həyati təhlükəsi yoxdur və bu gün əməliyyat olunacaq.