Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Vitse-prezident Ali Neft Məktəbində

Vitse-prezident Ali Neft Məktəbində
“Emerson Process Management” şirkətinin Marketinq və Tətbiqi Texnologiya üzrə vitse-prezidenti Trevis Heskesi Bakı Ali Neft Məktəbində olub və əməkdaşlıq proqramı çərçivəsində Ali məktəbin rəhbərliyi, müəllim-professor və tələbə heyətinin qarşısında təqdimatla çıxış edib.


Tədbiri açan BANM-in rektoru Elmar Qasımov ingilisdilli yüksək səviyyəli mütəxəssislərin hazırlanması Azərbaycanın neft-qaz sektorunun inkişafında prioritet istiqamət olduğunu bildirərək, qeyd edib ki, buna misal Bakı Ali Neft Məktəbinin yaradılması, xarici neft-qaz şirkətlərlə əməkdaşlığın inkişafı və peşəkar mütəxəssisləri BANM-də tədris prosesinə cəlb edilməsidir. Keçirilən tədbirin Emerson şirkəti ilə əməkdaşlıq proqramının həyata keçirilməsinin ilk praktik addım olduğunu iştirakçıların diqqətinə çatdıraraq, rektor qeyd edib ki, bu əməkdaşlıq proseslərin avtomatlaşdırılması sahəsində yüksəkixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, ixtisasartırmaya, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcək.



Öz növbəsində “Emerson Process Management” şirkətinin vitse-prezidenti Trevis Heskesi BANM-nin rəhbərliyinə təşəkkür edərkən, bildirib ki, Ali Məktəbin tələbələri Azərbaycanın ən şanslı və gələcəyi parlaq insanlarıdırlar ki, məhz bu tədris ocağını seçib, Ali Məktəbə qəbul olunma prosesinin bütün mərhələlərini aşaraq, təcrübəli mütəxəssislərdən və müəllimlərdən müasir və yüksək biliklər alma şansını əldə ediblər. Proseslərin avtomatlaşdırılması sahəsinin mütəxəssisləri gələcəyin sənayə müəssisələrin beyinləri olaraq, texnoloji proseslərin lazımi səmtdə və təhlükəsiz şəraitdə keçirilməsini təmin etməkdə əhəmiyyətli rol oynayırlar. T.Heskesi öz çıxışında həmçinin qeyd etmişdir ki, Azərbaycan “Emerson” şirkətinin texnologiyaları və xidmətləri üçün vacib məkandır və şirkət bu regionda biznes fəaliyyətini maksimal dərəcədə genişləndirmək niyyətindədir. Bu baxımdan “Emerson” şirkəti, başqa şirkətlər kimi dünya ölkələrinin onlarla universitetləri ilə birgə təhsil proqramları həyata keçirir, bu layihə çəçivəsində də, BANM ilə əməkdaşlıq şirkətin ilk təcrübəsidir.



Daha sonra Trevis Heskesi BANM-in rəhbərliyi, müəllim-professor heyəti və tələbələr qarşısında proseslərin avtomatlaşdırılması üzrə mütəxəssislərin sənayə müəssisələrində rolu və hədəflərin, “Emerson” şirkətinin beynəlxalq fəaliyyəti, rəqəmli idarəetmə arxitekturası (Plant WebTM) və intellektual simsiz cihazlardan istifadəsi, texnoloji proseslərin təhlükəsiz idarəedilməsi haqqında geniş təqdimatla çıxış etdi.



Təqdimatdan dərhal sonra “Emerson” şirkətinin nümayəndələri tələbələrin çoxsaylı suallarını cavablandırdılar. Bundan başqa BANM-in seçilən tələbələrin yay təcrübəsini Türkiyədə, Rusiyada və İsveçrədə keçirilmə şansları olduğunu iştirakçıların nəzərinə çatdırılıb.


Teqlər:
Bu xəbər cəmi 1345 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR