Daxil olan məlumata görə, rayon rəhbərliyinin, ictimaiyyətin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ziyalıların və fəal gənclərin qatıldığı bayram tədbirində Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığı qeyd edilib.
Tədbirdə 1990-cı ildə ölkəmizdə baş verən hadisələr xatırlanaraq, 70 ildən sonra üçrəngli bayrağımızın Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul olunmasından, Azərbaycan Ali Soveti qarşısında bununla bağlı vəsatət qaldırılmasından danışılıb.
Xüsusi ilə diqqətə çatdırılıb ki, prezident İlham Əliyev bu mühüm dövlət atributu ilə bağlı mühüm qərarlar qəbul edib.
Daha sonra gənclərin iştirakı ilə keçirilən velosiped yarışı, gənc idmançılar tərəfindən nümayiş olunmuş müxtəlif idman növləri: karate, qılıncoynatma, kapoeyra, şahmat, gənc istedadların rəqsləri, eləcə də Dövlət Rəssamlıq Akademiyası tələbələrinin əl işlərindən ibarət rəsmlər və qraffiti üsulu ilə işlənmiş əsərlər və nəhayət, üçrəngli bayrağımızın rənglərini əks etdirən şarların səmaya buraxılması izləyicilərdə dərin təəssürat yaradıb.