Tədbirdə bir çox tanınmışlar, iş adamları və TOYOTA şirkətinin Avropa üzrə vitse-prezidenti iştirak edib. Tədbir TOYOTA BAKI MƏRKƏZİN baş direktoru Mustafa Abbasbəylinin çıxışı ilə açıq elan olunub. Avtomobilin özəllikləri barədə məlumat verən direktor bildirib ki, gələcək 3 ay üçün avtomobillərin hamısı satılıb.
Daha sonra şirkətin Avropa üzrə vitse-prezidenti Yu İshizuki və satış üzrə direktor Şamil Rüstəmov çıxışları ilə tədbir iştirakçılarını avtomobil barədə məlumatlandırıblar.
Son olaraq tədbir iştirakçıları lotoreya oyununda iştirak ediblər. Lotoreyada qalib gələn üç nəfər ayrı-ayrılıqda 1000, 2000 və 3000 AZN-lik endirim kuponu əldə ediblər. Kuponlar yanvar ayının 31-dək TOYOTA CAMRY avtomobili almaq üçün nəzərdə tutulub.