Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə havanın temperaturunun gecə 3-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə havanın yağıntılı keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 10-15, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.