Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

BARAK OBAMA XOCALI BƏYANATINI VERƏCƏKMİ?

BARAK OBAMA XOCALI BƏYANATINI VERƏCƏKMİ?
Xocalı soyqırımını anmaq məqsədilə Ağ evin rəsmi saytında yerləşdirilmiş petisiyanın imzalanması prosesinin son tarixi fevralın 25-ə qədər 100 000 adamın səs verməsi tələb olunur. Bununla bağlı kampaniya Amerika Azərbaycanlıları Şəbəkəsinin rəhbəri Adil Bağırov tərəfindən başladılıb və “Xocalıya səs verək” petisiyası yaradılaraq Ağ evin rəsmi səhifəsində yerləşdirilib. Kampaniyanın təşkilatçıları bildirir ki, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqla, biz təkcə insanlara qarşı yox, həmçinin insanlığa qarşı törədilmiş cinayəti tanıtmış oluruq. Petisiya tələb olunan imzaları toplayarsa, Xocalı fəciəsinin 21-ci ildönümü ərəfəsində ABŞ prezidenti bununla bağlı bəyanat verəcək. 100 000 imzanın toplanması üçün isə bu kampaniyaya dəstək verən hər kəs Ağ evin rəsmi saytı olan www.whitehouse.gov internet səhifəsinə daxil olaraq səs verməlidir. Səsvermədə iştirak etmək üçünsə nə böyük vaxt sərf etmək, nə də hər hansı ciddi səy göstərmək lazımdır. Sadəcə, www.whitehouse.gov internet saytını açırsınız, açılmış səhifədə “we the people” səhifəsinə daxil olursunuz. Bu səhifəyə daxil olduqda “open pettision” bölməsini seçdikdə- yerləşdirilmiş bütün petisiyaların siyahısı ekranda açılır. Açılan siyahıda Xocalı soyqırımını tanıyan bəyannaməni tapıb səs verirsiniz. Dünya Azərbaycanlıları Gənclər Birliyinin sədri Ramin Məmmədovun sözlərinə görə, bu cür addımlar müxtəlif ölkələr tərəfindən də atılır. Ermənistan da bu taktikadan tez-tez yararlanan ölkələrdəndir. Xocalı soyqırımına dair petisiyası üçün tələb olunan 100 000 səsin toplanması faciənin daim Azərbaycanın gündəmində olmasının da göstəricisi olacaq.

Teqlər:
Bu xəbər cəmi 1755 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR