Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 6-da Bakıda mülayim, yağmursuz hava şəraitinin olacağı proqnozlaşdırılır. Məlumatda həmçinin bildirilir ki, noyabrın 5-dən etibarən qeyri-sabit hava şəraiti getdikcə mülayimləşəcək və ayın 6-da paytaxtda əsasən yağmursuz, dəyişkən buludlu hava olacaq. Gündüz saatlarında temperaturun müsbət 12 dərəcə olacağı gözlənilir.
Qeyd edək ki, “Qarabağ” noyabrın 6-da saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda “Dnepr”lə qarşılaşacaq.