- İlqar bəy, xeyli müddət idi ki, görünmədiniz mətbuatda, elə bir ciddi səbəb vardımı?
- Bir neçə ay Avropada, Alamaniya və Avstriyada oldum, həm xidməti həm də şəxsi işlərimlə əlaqədar. Əlbəttə yaxşı olardı ki, daim öz ölkəmdə olub fəaliyyət göstərim . Ancaq indiki dövrdə Azərbaycanda ictimai-siyasi həyat iqtidar, müxalifət və onların arasındaki var-gəl edənlər arasında bölünüb təssüf ki. Tam müstəqil, neytral və bitərəf insanlar üçün mühit demək olar ki qapanmış vəziyyətdədir. Başlıca səbəb budur.
- Gəlin elə Almaniyadan başlayaq söhbətimizi. Necə ölkədir ümumiyyətylə? Almaniyada Azərbaycana münasibət necədir?
- Almaniya öz tarixi, ənənəsi olan böyük bir xalqın sistemli mexanizmə malik demokratik dövlətidir. Bunu kim bilmir ki, dünyada? Azərbaycana münasibət məsələsində isə, bizim ölkə orada tədricən daha cox taninir. Həm sürətli iqtusadi inkişaf tempi, həm də bütün postsovet respublikalarında olduğu kimi demokratik prinsiplər defisiti olan ölkə kimi. Ancaq ümumi münasibət pis deyil cəmiyyətdə, cünki tarixən Almaniya bə Azərbaycan arasında xoş münasibətlər olub.
- Ancaq son dövrlər bu münasibətlər korlanma həddinə çatıb. Hər iki ölkənin aparıcı mətbuatı qarşı tərəfi qınaqla atəşə tutur. Hətta tanınmış dissident Eynulla Fətullayev Almaniyadakı insan hüquqları pozuntuları barədə təhqiqatlar aparır, bəyanatlar yayır.
- Özünüz qeyd etdiniz ki, bu qarşıdurma mətbuat səviyyəsindədir, dövlət yox. Iki dövlət arasındakı münasibətlərin necə qurulmasını mətbuat, ya dissident və yaxud ümumiyyətlə hər hansı bir fərd tənzim etmir. Bu münasibətlər xalqların istəyi və dövlətlərin marağı üzərində qurulur. Eynulla bəyi başa düşmək olur. Həbsdən cıxıb, öz bu günkü taleyinə uyğun konkret ictimai-siyasi cığırla irəliləyir. Görünür həmin proqramda Almaniyanı da vurmaq var. Ancaq tam əminəm ki, Almaniya kimi insan azadlıqlarinin bərqərar olduğu dövlətdə hüquq pozuntusu axtarmaqda məqsəd heç də bu taninmış dövləti silkələmək deyil. Cünki reallıqda bu heç mümkün də deyil. Bu layihəni ortaya qoyan qüvvənin əsas məqsədi Eynullanı illərlə müdafiə etmiş beynəlxalq demokratik qüvvələrə qarşı qoyub kim olduğunu tanitdırmaqdır. Ona da təbii ki, nail olurlar. Yaxşı olardı ki, Eynulla bəy öz imkanlarından istifadə edib iki ölkə arasında dostluğun, sərfəli ictimai əlaqələrin möhkəmlənməsinə çalışsın. Yəni sabah prezident İlham Əliyevlə kansler Angela Merkel arasında hər iki xalqın adından qarşılıqlı sərfəli dostluq görüşü keçiriləndə ofsaydda qalmasın.
- Son dövrlər Rusiya ilə Azərbaycan arasında münasibətlərin kəskinləşdiyi bildirilir. Azərbaycanın Rusiya ətrafı gömrük ittifaqına qoşulmaması, Rusiyada azərbaycanlılardan ibarət “milyarderlər ittifaqı”nın yaranması, ölkəmizdəki rusiyameylli ictimai-siyasi xadimlərin aktivləşməsi, Rusiya tərəfinin sərhəddəki hərbu manevrləri və sairə. Həm də əksinə ABŞ-la Azərbaycan hakimiyyəti arasındaki tövrdə istilik müşahidə olunur. ABŞ-ın xarici siyasət rəsmiləri İlham Əliyevin 3-cü prezidentlik iddiasını hətta sakit qarşılayir. Sizcə Azərbaycanın uzun müddət balansda saxladığı münasibətlərin bu cür kəskin dəyişməsi nə ilə bağlıdır?
- Mənim fikrimə və təhlilimə görə bu dəyişiklik görüntü xarakterli bir gedişdir. Əslində heç nə dəyişməyib.
- Yəni bu bir siyasi oyundur? Prezident adminstrasiyasınin rəhbəri Ramiz Mehdiyevin Rusiyameylli olması və bu səbəbdən hakimiyyət içərisində ona qarşı soyuqluq və təzyiq söhbətləri də?
- Zənnimcə bu gedişlər 2013-cü il prezident seçkilərinə hesablanmış və bəlkə də Moskva ilə razılaşdırılmış bahali proyekdir. 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəldiyi kövrək, təlatümlü dövrdə onu ABŞ və Türkiyə ilə birlikdə dəstəkləyən əsas fiqur Moskva oldu. Mərhum Heydər Əliyev bu məsələni birinci növbədə Putunlə razılaşdırdı. Cünki həmin zamanın tələbi idi. İlham Əliyev bu gün də Rusiya ilə risq edib qarşıdurma yaradıb özünü Saakaşvilinin gününə salmaz. Cünki, Əliyev hakimiyyətinin və açığı, ölkə kimi bütün Azərbaycanın Rusiya ilə mqnaqişədə itirəcəyi cox şey var, Gürcüstan və Saakaşvilidən fərqli olaraq. Düşünürəm ki, seçkilərdən sonra Moskva ilə dərhal və əvvəlkindən daha isti yaxınlaşma olacaq. Ya bu ərəfədə ABŞ-ı şirnikləndirib onun dəstəyini almağa hesablanıb bu gediş. Ya da ABŞ-la da razılaşdırılıb bu məsələ, eynən 2003-dəki ssenari kimi. Və məqsəd yenə Avropanı azdırıb, onun Azərbaycana olan maraqlarıni yenə kənarda qoymaqdır. Saakaşvilinin Azərbaycana məlum səfəri və səfərsonrakı Rusiya təhlükəsi baradəki bəyanatı da düşünürəm ki, həmin siyasi texnologiyaya xidmət edir.
- Bəs Ramiz Mehdiyev məsələsi?
- Elə Ramiz Mehdiyevin guya Rusiyanın adamı kimi səlahiyyətlərinin azaldılması, kənarlaşdırılması, ya vurulması gorüntüləri də bu qəbildəndir. Bu hakimiyyətin xaraktercə şübhələnmə narahatlığı açığı panaroya səviyyəsində kəskindir. Şübhəli, təhlükə gözlədiyi adamı ucqar dağ kəndində belə təqib edib rahat buraxmır. Necə ola bilər ki, hakimiyyət rəhbəri təhlükə gözlədiyi güclü qonşu dövlətin “adamını” Prezident Adminstrasiyası rəhbəri vəzifəsində saxlasın? Bir də ki, mənim 2003-cü il araşdirma səfərim onu təsdiq etdi ki, o zaman Heydər Əliyev son anda Türkiyədə Gülhanə hərbi klinikasında palatada İlham Əliyevə hakimiyyəti yalnız Ramiz Mehdiyev və Bəylər Əyyubovun iştirakı ilə təhvil verib. Başqa heç kimin. Hətta doğma qardaşı Cəlal Əliyevin də orada iştirakını məhdudlaşdırıb içəri buraxdırmamışdı. Yəni Ramiz Mehdiyev hələ ilk proyektinden bu hakimiyyətin əsas sütunu olub. Sadəcə ara sıra hakimiyyətə gələn zərbələri hansısa yüksək çinli məmurun öz üzərinə götürməsi də bir texnologiyadır, bu onların təbii ki, borcudur.
- Sizcə qarşıdaki prezident seçkilərində iqtidar içərisindən əsas namizəd kim molacaq? İqtidarda başqa bir namizədin olması, yəni bu barədə fikir ayrılığı nə dərəcədə real görünür?
- Yaddan çıxarmayaq ki, mövcud hakimiyyət ilk yaranışından bir nəfərin üzərinə biçilib. Bu biçim, mütləq hakimiyyət İlham Əliyevdədir. Qalan kimsə iqtidar içərisindən bu vəzifəyə heç qəlbinin dərinliyində belə iddia edə bilməz və etməz. Hətta bunu xəyal edib prezident ola bilsə belə, özünü bu hakimiyyətdən olan ağir, ziddiyətli narazılıq yükünün altına verməz. Hətta, müşahidəmə görə iqtidarın kardinalı, ikinci şəxsi sayılan Ramiz Mehdiyev, İlham Əliyevdən təltif alarkən TV qarşısında bəyan etdi ki, mən sizin sadəcə köməkçinizəm. Kim qaldı daha? Qaldı ki, hansısa ailə üzvü heç vaxt doğma insanının postuna iddia etməz. Çünki onlar elə onsuz da prezidentdirlər Azərbaycan reallığında. Odur ki, heç kim özünü aldadıb yormasın bu barədə.
- Müxalifətdən real namizəd kimi görürsünüz bir ictimai tədqiqadçı kimi?
- Mənim hesablama və analizimə görə bu gün əsl müxalifət içindən İlham Əliyevə alternativ ola biləcək yeganə fiqur AXCP sədri Əli Kərimli ola bilər. Bunu açıq və vicdanla deməliyəm. Özünün bacarığı, əzmi, liderlik qabiliyyəti və bütün potensialı ilə. Ancaq bir şərtlə ki, onu İsa Qəmbər, Eldar Namazov, Lalə Şövkət və digər demokratik liderlər dəstəkləsə. Bu bir həqiqətdir və mən bunu lazım gəlsə konkret identifikasiya- müqayisəli araşdırma yazısı ilə isbat edə bilərəm. Ancaq bir şərtlə ki, onu İsa Qəmbər, Eldar Namazov, Lalə Şövkət və digər demokratik liderlər dəstəkləsin . Onu da qeyd etməliyik ki, bu birlik olmasa, bu seçkidə İlham Əliyevin şansı yüksəkdir.