AzərTAc Global Times qəzetinə istinadla xəbər verir ki, plana görə gələcək hava limanı materikin şərq hissəsində, Çinin ikinci tədqiqat stansiyası “Çjunşan”ın yaxınlığında yerləşəcək.
Bu ilin aprelində başa çatmış növbəti ekspedisiya zamanı tədqiqatçılar Antarktidada Çinin dördüncü elmi stansiyası olan “Tayşan”ı qurublar. Eyni zamanda, çinli tədqiqatçılar beşinci qütb stansiyasının qurulmasına da hazırlıq görürlər.
Çin Antarktidada 1984-cü ildən tədqiqatlar aparır.