Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Deputatın 1 milyon manatını oğurlayan şəxsin məhkəməsi başladı

Deputatın 1 milyon manatını oğurlayan şəxsin məhkəməsi başladı


Bakı Ağır Cinayətlər Məhkəməsində şirkətdən 1 milyon manatdan çox pul oğurlamaqda təqsirli bilinən Ramil İmaməliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 



 



“Yenimeydan.info” virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Tamella Nəsrullayeva sədrlik edir.



İttihama görə, Abşeron rayonu, Qobu qəsəbə sakini, 28 yaşlı Ramil İmaməliyev əvvəllər çalışdığı “Karat” MMC-də  işdən çıxandan sonra həmin şirkətdən oğurluq etməyi qərara alıb.



Şirkətin ofisindəki seyfdə külli miqdarda pul olduğunu bilən R.İmaməliyev 11 aprel, 2014-cü ildə gecə saatlarında ofisin binasına gələrək dam örtüyünü söküb. Oradan içəri keçərək seyfin qapısını sındırıb və 1 milyon manat pulu çantasına yığaraq hadisə yerini tərk edib.



Oğurluq pulları Qobu qəsəbəsində yaşadığı evə gətirən Ramil İmaməliyev bu barədə qardaşı Ramiz İmaməliyev və anası Ceyran İmaməliyevaya məlumat verib. Onlar pulun əsas hissəsini evin müxtəlif yerlərində gizlədiblər. Ramil İmaməliyev isə pulun bir hissəsini özü ilə götürərək “İnfiniti” markalı avtomobil alıb.



Saxlanılarkən maşının yük yerindən 5 min manat, Qobu qəsəbəsindəki evdən isə 31 min 338 manat pul aşkarlanaraq götürülüb.



Ramil İmaməliyev istintaqa ifadəsində bildirib ki, oğurladığı pulların demək olar ki, yarısını bir qrup şəxs hədə-qorxu gələrək onun əlindən zorla alıb. Əməliyyat-axtarış tədbirlərini davam etdirən polis əməkdaşları bu cinayətdə şübhəli bilinən 4 nəfəri - Kürdəmir rayon sakini, 35 yaşlı Aqil Şəmiyev, Qobustan rayon sakini, 31 yaşlı Zamiq Xasıyev, Beyləqan rayon sakinləri, 30 yaşlı Röyal Qədirovla 32 yaşlı Ruslan Əliyevi də saxlayıb. 



Araşdırmalarla müəyyən edilib ki, Ramil İmaməliyevin son zamanlar bahalı avtomobil sürməsi və varlanması onu tanıyan Aqil Şəmiyev və dostlarını şübhələndirib. Onlar Ramili izləyərək Bakı şəhərində yerləşən restoranlardan birinin qarşısında başına torba keçirib zorla avtomobilə oturdublar.



Ramil İmaməliyevin ifadəsinə görə, onlar özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək 450 min manat pul tələb ediblər.



Ramil İmaməliyev onu girov saxlayan şəxslərin əlindən yaxa qurtarmaq üçün anası Ceyran İmaməliyevaya zəng edərək evdəki puldan 400 min manatı göndərməyi tapşırıb. Ceyran İmaməliyeva isə pulu sayaraq kiçik oğlu Ramizə verib və qardaşının dediyi yerə göndərib. 



Ramil İmaməliyevdən 400 min manat alındıqdan sonra o, buraxılıb. Əldə olunan pul saxlanılan şəxslər arasına bölüşdürülüb. Əməliyyat-istintaq tədbirləri zamanı pulun 20 min manatını Zamiq Xasıyevlə Aqil Şəmiyevdən, 98 min manatını isə Ruslan Əliyevdən aşkar edilərək maddi sübut kimi götürülüb. Eləcə də İmaməliyevlərin evində axtarış aparılarkən hissələrə ayrılaraq müxtəlif yerlərdə gizlədilmiş 6600 manat və 800 ABŞ dolları tapılıb. 



Ramil İmaməliyev daha sonra etiraf edib ki, qardaşı tutulmazdan bir neçə gün əvvəl ona və anasına zəng edərək oğurluq pulların 200 min manatını qəbiristanlıqda gizlətməyi tapşırıb. Ramil İmaməliyev həmin pulu sellofan torbaya bükərək nənəsinin Qobu qəsəbə qəbiristanlığındakı qəbrinin üstündə qazaraq basdırıb. Polis əməkdaşları deyilən əraziyə baxış keçirərkən 190800 manat pulu taparaq istintaqa təhvil verib. 



Qeyd edək ki, Aqil Şəmiyev, Zamiq Xasıyev, Röyal Qədirov və Ruslan Əliyevin barəsində cinayət işi ayrıca icraatda aparılıb. Adıçəkilən şəxslər Ramil İmaməliyevin cinayət işi üzrə isə şahid qismində dindiriliblər. 



Məhkəmə prosesi günün ikinci yarısında davam edəcək.



Yada salaq ki, 1 milyon manatı talanmış “Karat” MMC şirkətinin sahibi İmişlidən seçilən deputat Əsabil Qasımovdur.


Teqlər:
Bu xəbər cəmi 1200 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR