Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bağlanmaq təhlükəsi olan bankların adları - SİYAHI

Bağlanmaq təhlükəsi olan bankların adları - SİYAHI
Mərkəzi Bank sədri gözlənilən ajiotajın qarşısını almağa çalışır


Pul yatıran vətəndaşları iki təhlükə gözləyir - vəsaitlərin gec qaytarılması və vəd olunan faizlərin verilməməsi.



Azərbaycan Mərkəzi Bankının (AMB) bankların kapitallaşması üçün qoyduğu tələbin müddətinə 2 ay qalıb. Yanvarın 1-dən sonra ölkədə fəaliyyət göstərəcək bankların sayı 40-dan az ola bilər. Belə ki, məcmu kapitalı 50 milyon manatdan az olan maliyyə təşkilatlarının lisenziyası ləğv ediləcək. 



Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov mətbuata verdiyi açıqlamada bildirib ki, kapitalla bağlı tələbi yerinə yetirməyəcək bankların sayı 5-6 ola bilər: "Bank kapitalının 99 faizini əhatə edən banklar Mərkəzi Bankın kapital tələbini yerinə yetirəcəklər. Bu bankların aktivləri ümumi bank aktivlərinin 1 faizi ətrafındadır".



AMB sədrinin sözlərinə görə, tələbi yerinə yetirməyən banklardan ikisi xarici kapitallı bankdır: "Ümid edirik, xarici kapitallı banklar bir tədbir görəcəklər, hazırda onlar ilə danışıqlarımız gedir".



E.Rüstəmov vurğulayıb ki, sözügedən maliyyə təşkilatlarında əhalinin əhəmiyyətli həcmdə əmanətləri olmadığından əmanətçilər və müştərilər üçün qorxulu bir hal yoxdur.



Əlbəttə, Mərkəzi Bank tərəfindən bağlana biləcək bankların adları açıqlanmır. Daha dəqiq desək, qurum statistik bülletenində məcmu kapitalı ilə bağlı bankların renkinqini açıqlamır. Bu səbəbdən əmanətçilər narahatlıq içindədir. Onlar qoyduqları depozitlərin batmasından ehtiyat edirlər. Araşdırma aparıb kapital tələbini hələ ki, yerinə yetirməyən bankları müəyyənləşdirməyə, onlarda yerləşdirilən əmanətlərin həcmini öyrənməyə çalışdıq.



E.Rüstəmovun fikrindən belə aydın olur ki, məcmu kapitalı 50 milyon manatdan aşağı olan bankların 2-si xarici kapitallıdır. Beləliklə, xarici kapitallı 3 bankın məcmu kapitalının qoyulan tələbdən az olduğu müəyyən olundu.

Onlar;



- "Bank Milli İran"ın 30.06.2014-cü il tarixli maliyyə hesabatında məcmu kapitalının 21,2 milyon manat olduğu göstərilir. Hesabatdan məlum olur ki, bank bu istiqamətdə kapitallaşmanı artırmaq əvəzinə, əksinə geriləyib. Belə ki, ötən ilin sonunda onun məcmu kapitalı 21,5 milyon manat olub. Bankda yatırılan əmanətlərə gəlincə, burada cari hesablarla müştərilərin depozitləri birgə göstərilib. Bankın ikinci rübə dair hesabatında müştəri hesablarının 2,4 milyon manat təşkil etdiyi göstərilir. 



- Xarici kapitallı digər bank isə "United Kredit Bankı" hesab etmək olar. Çünki bu bankın əsas aksionerlərindən biri "Rusiya Kredit" (Moskva) ASC-dir. Bankın iyul ayına olan məlumatına görə, məcmu kapitalı 27,8 milyon manatdır. Depozitlərin həcmi isə (banklar və digər maliyyə müəssisələri istisna olmaqla) 8 milyon manat göstərilir.



- "Azəri-Türk Bank"ının da əsas səhmdarlarından biri Türkiyə Cümhuriyyəti Ziraat Bankası A.Ş-sı olub. Bankın məcmu kapitalı 17,2 milyon manat təşkil edir. Qeyd edək ki, iki ay öncə Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi bankın 50 faiz səhmlərini alıb. Beləliklə, qurumun səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (50 faiz), Türkiyə Respublikası Ziraat Bankı (46 faiz) və Ziraat Bank Beynəlxalq Almaniyadır (4 faiz).



Məcmu kapitalı ilə bağlı ciddi problemi olan bir bankın dövlət qurumu tərəfindən alınması bir qədər suallar yaradır. Ehtimal olunur ki, Dövlət Komitəsi bankın kapitallaşması ilə bağlı maliyyə yardımı göstərə bilər. 



Digər qoyulan tələbi hələ ki, yerinə yetirməkdə çətinlik çəkən banklara gəlincə, burada "Dekabank"ın adını göstərmək olar. Adıçəkilən bankın kapitallaşması ilə bağlı vəziyyət daha da pisləşib. Belə ki, maliyyə təşkilatının 1.09.2014 tarixli hesabatına görə, məcmu kapitalı 13 milyon manat təşkil edir. Halbuki, ilin əvvəlində bu rəqəm 24 milyon manat olub.



Banka hüquqi və fiziki şəxslərin yatırdığı əmanətlərin həcmi isə (banklar və digər maliyyə müəssisələri istisna olmaqla) 5,6 milyon manat təşkil edir. 



- "Atrabank"ın 24.10.2014-cü il tarixli məlumatına əsasən məcmu kapitalı 35,8 milyon manat göstərilir. Bankın xəbərlərində ilin sonuna kimi bu rəqəmin 50 milyon manata qədər çatdırılacağı bəyan edilir. 



- "Bank Avrasiya"da da vəziyyət ürəkaçan deyil. 



İyulun 1-nə olan məlumata görə cəmi kapitalı 30,8 milyon manatdır. Müştəri depozitləri 16,7 milyon manat, cari hesabları isə 13,7 milyon manat təşkil edir.



- "Parabank"ın da məcmu kapitalı qoyulan normanı ödəmir. Belə ki, bankın ilin ikinci rübünə dair hesabatına görə, məcmu kapitalı 21,1 milyon manat təşkil edir. Banklar və digər maliyyə müəssisələri istisna olmaqla hüquqi və fiziki şəxslərdən cəlb edilən depozitlər isə 65,6 milyon manat olub.



- "Günay bank" isə rüblük hesabatlarını açıqlamadığına görə, məlumat əldə etmək bir qədər çətindir. Yalnız məlum olanı odur ki, məcmu kapitalı 18 milyon manatdır. 



- "AzəriKreditBank"ın bağlanması artıq labüdləşib. Bank hətta hazırkı tələbi (məcmu kapitalının 10 milyon manat olması ilə bağlı hal-hazırda mövcud olan tələb) belə yeritə yetirmir. Təşkilatın ikinci rübə dair hesabatında məcmu kapitalının 5,8 milyon manat olduğu göstərilir. 



Bankların ikinci rübə dair hesabatlarına əsasən deyə bilərik ki, məcmu kapitalı ilə bağlı problemi olan bankların sayı 9-a yaxındır. Təbii ki, ilin sonuna doğru onların sayı azala bilər. Mərkəzi Bank rəhbərinin açıqlamasında da görünür ki, ləğv olunacaq bankların sayının minimuma enməsinə çalışılır. Çünki söhbət 100 milyon manatdan çox əmanətin aqibətindən və bank sektoruna inamın ölməsindən gedir. Onların nə qədər hissəsinin sığortalandığı bəlli deyil. 



İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov "Bizim Yol"a bildirib ki, bağlanacaq banklara yerləşdirilən əmanətlər iki mənbədən qaytarılacaq: "Birinci mənbə Əmanətlərin Sığorta Fondudur ki, burada sığortalanmış depozitlərə təhlükə yoxdur. İkinci mənbə isə bankların kredit portfelinin geri yığılma nəticəsində vətəndaşlara olan borclarının ödənilməsi olacaq. Burada narahatlıq doğuran məqamlardan biri odur ki, həmin bankların bəzilərinin kredit aktivləri əmanətləri ödəyəcək həddə olmamasıdır. Bu tip kiçik banklar müştəri cəlb etmək üçün daha yüksək faizli depozitlərə malik olurlar. Ona görə də əmanətlərin böyük hissəsi sığortalanmaya bilər. Belə olan halda, həmin vəsaitlərin batma ehtimalı yüksəkdir".



Ekspert hesab edir ki, zərərdən minimum çıxmaq üçün Mərkəzi Bank proseslərə nəzarəti öz əlinə alacaq: "Yəni bankların ümumi aktivlərinə nəzarət edəcək, real sektordakı kreditlərin yığılması Mərkəzi Bank tərəfindən icra olunacaq. Təhlükələr isə hər bir halda qaçılmazdır. Ümid edirik ki, hazırda həmin bankların likvidikliyi əmanətlərin geri qaytarılması üçün problem yaratmayacaq həddədir. Bankların bağlanması barədə məlumat yayılan kimi əmanətlərin kütləvi şəkildə geri götürülməsi prosesi olacaq. Bu zaman ən narahat edən başqa bir məqam onlara vəd edilən faizlərin verilməyəcəyidir".



R.Həsənov vurğuladı ki, Mərkəzi Bank tərəfindən həmin bankların adının açıqlanmamasının səbəbi böyük ajiotajın qarşısını almaqdır. "Səhmdar, ola bilsin ki, mərkəzi qurumdan zaman istəyib, ümid edir ki, ilin sonuna kimi kapitalı əldə edə bilər. Digər tərəfdən, Mərkəzi Bank onların potensialına bələddir və bilir ki, əmanətçilər ciddi zərər çəkməyəcəklər", - deyə R.Həsənov vurğuladı.


Teqlər:
Bu xəbər cəmi 1695 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR