Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Direktor müavini həbs edildi

Direktor müavini həbs edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mehman Məmmədov və Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktor müavini Nurbala Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Mehman Məmmədov şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb. Zamində olan Nurbala Süleymanov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca həbs edilib. Qeyd edək ki, Baş Prokurorluq bir müddət əvvəl cinayət əməli ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mehman Məmmədov Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktor müavini Nurbala Süleymanovla cinayət əlaqəsinə girib. Onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi qəbul imtahanlarında müvəffəqiyyət həddini keçə bilməyən Siyəzən rayon sakinindən 7 min 300 manat alaraq hazırladığı saxta rəsmi sənədlər əsasında onun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına köçürülməsinə söz veriblər. Bu məqsədlə həmin şəxsin guya həmin Akademiyanı bitirməsini təsdiq edən saxta diplomun surətini Dövlət Sərhəd Xidmətinə təqdim etməsində, habelə Milli Elmlər Akademiyasının kiçik elmi işçisi Lütvü Əliyevlə qabaqcadan əlbir olub Abşeron rayon sakininə daxil olduğu Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsindən stomatologiya fakültəsinə köçürülməsinə köməklik göstərəcəyini yalandan vəd edərək ondan 10 min manat məbləğində pulu alıblar. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ittiham ediliblər.

Teqlər:
Bu xəbər cəmi 1280 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR