Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, havanın temperaturunun gecə 9-12, gündüz 13-16 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 770 mm civə sütunundan 764 mm civə sütununa düşəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 12-17, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.