Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

FÜZULİ ƏLƏKBƏROVUN DUBAYDAKI BİZNESİ ƏLİNDƏN ALINIR İDDİASI

FÜZULİ ƏLƏKBƏROVUN DUBAYDAKI BİZNESİ ƏLİNDƏN ALINIR İDDİASI
BƏƏ-də nazirə məxsus “İmprotex Group”-un nümayəndəliyi və konsaltinq şirkətinin idarəçiliyi tamam başqa qrupun əlinə keçdiyi deyilir; Füzuli Ələkbərovu keçmiş həmkarı Heydər Babayevin aqibəti gözləyə bilər


İsmayıllı hadisələrindən sonra əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun biznes strukturlarının əlindən alınması prosesinə start verilib. Nazirin qardaşı, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun işdən çıxarılmasından dərhal sonra hakimiyyətin xüsusi auditorları Ələkbərovların əmlakını inventarlaşdırmağa başlayıb. Ələkbərov qardaşlarına məxsus əmlak barədə məlumatlar toplanır və qeyri-rəsmi olaraq müsadirə edilir. Bu barədə “Yeni Müsavat”a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub. 



Mənbənin iddiasına görə, nazirin Birləşmiş Ərəb Əmirliklərindəki biznesi artıq əl dəyişdirib: “Füzuli Ələkbərovun xaricdəki biznesinin əhəmiyyətli kəsimi Dubayda cəmlənmişdi. Dubayda nazirin biznes-konsaltinq şirkəti, "İmprotex Group"un nümayəndəliyi fəaliyyət göstərirdi. Bu strukturlarda işləyənlər artıq Bakıya dönüb. Şirkətin təsisçiliyi və idarəçilik tamam başqa qrupun əlinə keçib.





Füzuli Ələkbərov nazir postuna biznes aləmindən adlayıb. Sabiq komsomol işçisi olan F.Ələkbərovun rəhbərliyi ilə “İmprotex” şirkəti 1991-ci ildə yaranıb. Hazırda bu holdinq daha çox “İmprotex Group” kimi tanınır. İlk vaxtlar şirkət Azərbaycanda və keçmiş sovet respublikalarında yalnız ölkə daxilinə turizm turları təşkil edib. Sonradan şirkət biznesin müxtəlif sahələrində işə başlayıb. Şirkət sadə turların təşkilatçılığından baş ofisi Bakıda yerləşən, BƏƏ və Çində nümayəndəliyi olan çoxşaxəli bir korporasiyaya qədər inkişaf yolu keçdi.

Nazir təyin olunduqdan sonra “İmprotex” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri postuna F.Ələkbərovun həyat yoldaşı İradə Ələkbərova gətirilib. Holdinqin tərkibinə xeyli sayda biznes strukturları daxildir. Holdinqə daxil olan “İmproteks Motors” şirkəti 1998-ci ilin mart ayında BMW AG Konserninin Azərbaycanda rəsmi idxalçısı kimi yaradılıb. Şirkət Azərbaycanda 10 ildən artıqdır ki, fəaliyyət göstərir. Holdinqin “İmproteks Treydinq” şirkəti müasir qadın geyimləri, mətbəx ləvazimatları, nüfuzlu İtaliya brendlərinin satışı ilə məşğuldur. Holdinqə daxil olan “İmprotex Distribution Center” isə 2000-ci ildə yaradılıb. Şirkət əsasən istehlak mallarının, eləcə də xırda və iri məişət texnikasının satışı və yayılması ilə məşğuldur. Brook Bond çaylarının yayılması ilə öz fəaliyyətinə başlayan şirkət əhatə dairəsini genişləndirə bilib. Onun əməkdaşlıq etdiyi biznes qurumları içərisində Gillette Group kimi iri şirkətin adı daxil idi.

Holdinqə daxil olan “İmprotex Marine & Sporta Facilities” şirkəti 2005-ci ilin avqust ayında yaradılıb.

2004-cü ildən “İmprotex” Şirkətlər Qrupunun Azərbaycanda yeni layihəsi olan MAN yük avtomobilləri üzrə işçi qrupu fəaliyyəti başlayıb. Bu işçi qrupunun fəaliyyətinin ilk addımı olaraq Azərbaycana yeni MAN TGA yük avtomobilləri gətirilib.

“Yeni Müsavat”a məlumat verən mənbə iddia edir ki, indi bu nəhəng biznes imperiyası F.Ələkbərovun əlindən hissə-hissə alınır: “F.Ələkbərov xeyli müddətdir ki, hakimiyyətdəki ”köhnə qvardiya"nın hədəfində olub. İsmayıllı hadisələri isə nazirin bitirilməsi üçün əsil bəhanə oldu. F.Ələkbərovu sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin aqibəti gözləyir. H.Babayevin də öncə biznesi əlindən alındı. Sabiq nazirə məxsus “ABU-Holdinq”in əl dəyişdirməsi prosesi 1 ilə yaxın davam etdi. Proses yekunlaşandan sonra isə H.Babayev işdən çıxarıldı. Nəhəng “ABU-Holdinq”dən H.Babayevə çox cüzi bir pay saxlanıldı. İndi eyni aqibət F.Ələkbərovu gözləyir".


Teqlər:
Bu xəbər cəmi 1310 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR