Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qənirə Paşayeva parlamentdə sonsuzluq məsələsini qaldırdı

Qənirə Paşayeva parlamentdə sonsuzluq məsələsini qaldırdı
Millət vəkili Qənirə Paşayeva Parlamentin bugünkü iclasında sonsuzluqdan əziyyət çəkən ailələrin problemlərini qaldırıb, onların xahiş və təkliflərini səsləndirərək bu ailələrə övlad sahibi ola bilmələri üçün dövlət dəstəyinin göstərilməsinin vacibliyini deyərək bu istiqamətdə təcili işlərin həyata keçirilməsinə çağırıb. Ailem.az "qafqazinfo"ya istinadən xəbər verir ki, nikaha daxil olan şəxslər arasında sonsuzluq probleminin 10%-i artıq keçdiyini deyən millət vəkili Q.Paşayeva parlamentdə təcili olaraq bu cür ailələrə dəstəyi nəzərdə tutan reproduktiv sağlamlıq haqqında qanun layihəsinin müzakirə və qəbuluna çağırıb. O bildirib ki, mövcud qanun layihəsində 10 il müddətində sonsuzluq problemindən əziyyət çəkən ailələrə bir dəfə dövlətin maliyyə dəstəyi ilə pulsuz olaraq süni mayalanma əməliyyatının həyata keçirilməsi nəzərdə tutulub. Əslində bu müddəti 10 ildən də aşağı salmaq lazımdır və sonsuzluqdan əziyyət çəkən ailələrə bir dəfə süni mayalanmanın dövlət vəsaiti hesabına həyata keçirilməsini nəzərə tutan bu qanunu təcili qəbul etmək lazımdır. "Bu təklif reallaşsa cəmiyyətimiz üçün önəmli addım olardı və uzun illər sonsuzluqdan əziyyət çəkən və dağılmaqda olan ailələrin xilası demək olardı. Dövlətimizin bu gün bunu edəcək imkanları var. Hesab edirəm ki, qısa zamanda artıq bunu həyata keçirmək olar və biz bununla sonsuzuqdan əziyyət çəkən ailələrə ciddi kömək edə bilərik, bu səbəbdən dağılan ailələrin, boşanmaların sayı azalar və bu problemdən əziyyət çəkən ailələrdə yaşanan gərginliklər azalar”, - millət vəkili Q.Paşayeva deyib. Millət vəkili sonsuzluq probleminin ciddi bir problem olduğunu vurğulayaraq, reproduktiv sağlamlıq haqqında qanunun qısa zamanda qəbulunun həddindən artıq vacib olduğunu bildirib və parlamentin qısa zamanda bu qanunun qəbul etməsinin minlərlə ailəni sevindirəcəyini deyib.

Teqlər:
Bu xəbər cəmi 1610 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR