Bakıətrafı dairəvi avtomobil yolunun tikintisi işləri çərçivəsində Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə su xəttinin magistral yola düşən hissəsinin köçürülməsilə əlaqədar 29 oktyabr 2014-cü il tarixdə gün ərzində Mehdiabad, Digah, Məhəmmədi, Sabunçu, Zabrat qəsəbələrinə, Gülüstan yaşayış massivinə və Xəzər rayonunun bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.