Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, Dövlət Proqramına əsasən inşa edilən obyektdə hazırda üst aşırımlar tikilir.
Nəqliyyat infrastrukturuna daxil olan “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində əsas işlər sahil zolağında və dəniz akvatoriyasında da davam edir. Burada inzibati bina tikilir, həmçinin dənizdəki bəndin və estakada tipli körpünün svayları vurulur.
İnşaat işlərinin 2015-ci ilin may ayında başa çatdırılması nəzərdə tutulub.