Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Aeroport yolunun ölüm saçan problemi

Aeroport yolunun ölüm saçan problemi


Bakının əsas yollarından olan Aeroport şosesi günün müəyyən saatlarında havanın qaranlıq olmasına baxmayaraq işıqlandırılmır. Bunu Trend-ə məktubla müraciət edən oxucular və sürücülər bildiriblər.



Müraciətdə qeyd olunur ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində hərəkət edərkən sübh çağı qaranlıq vaxtda yol kənarındakı işıqlar yanmır. Bu isə yüksək hərəkət sürəti müəyyən edilən bu yolda sürücülər üçün böyük təhlükə törədir. Onlar üçün yollarda avtomobili idarə etmək çətinləşir və qəzaların baş verməsi ehtimalı artır.



Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) İşıqlandırma İdarəsindən Trend-ə bildiriblər ki, paytaxtda yol kənarındakı dirəklərdə quraşdırılmış lampalar avtomatik rejimdə işləyir və onlar havadan asılı olaraq işıqlanır və ya sönür. Lakin İdarədən Aeroport şosesində sübh vaxtı hava işıqlanmadan lampaların yanmamasının səbəbini dəqiq izah edə bilməyiblər.



Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən Trend-ə bildiriblər ki, 2014-cü ilin 9 ayı ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, paytaxtda qəzaların ən çox baş verdiyi yollardan biri də Aeroport şosesidir. Belə ki, bu müddətdə Aeroport şosesinin daxil olduğu Mərdəkan-Bakı yolunda 16 hadisə baş verib.



Bundan əlavə, Heydər Əliyev prospektində 32, Nobel prospektində 26, Zığ yolunda 22, Azadlıq prospektində 18, Ziya Bünyadov prospektində 18, Mərdəkan-Buzovna yolunda 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb.



Bölmədən bildiriblər ki, Bakıda yol qəzalarının əksəriyyəti günün qaranlıq saatlarında baş verir. Belə ki, paytaxtda axşam saat 20:00-dan səhər saat 08:00-dək 326 yol qəzası qeydə alınıb. Qəzalar nəticəsində 144 nəfər ölüb, 309 nəfər yaralanıb.



Ümumilikdə isə 2014-cü ilin 9 ayı ərzində paytaxtın inzibati ərazisində 679 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 237 nəfər ölüb, 667 nəfər xəsarət alıb.Qəzalar zamanı həlak olanlardan 164 nəfəri kişi, 59 nəfəri qadın, 14 nəfəri uşaq, yaralananların isə 431 nəfəri kşi, 189 nəfəri qadın, 47 nəfəri uşaq olub.


Teqlər:
Bu xəbər cəmi 850 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR