Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, havanın temperaturunun gecə 6-8, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, ayrı-ayrı şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-8, gündüz 10-15, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.