Səfər çərçivəsində Azərbaycan prezidenti xorvatiyalı həmkarı İvo Yosipoviç, parlamentin sədri Yosip Leko, baş nazir Zoran Milanoviç və yerli sahibkarlarla görüşəcək.
Görüşlər zamanı ikitərəfli əlaqələrin gələcək inkişafı, Xorvatiyanın Avropa Birliyinə üzvlüyü, iqtisadiyyat, mədəniyyət, elm və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.