Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Doğuş zamanı ölən ananın həkimindən- Açıqlama

Doğuş zamanı ölən ananın həkimindən- Açıqlama
Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verən ana ölümünün bəzi təfərrüatları məlum olub. “Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, baş həkimin müavini Əbülfət Məmmədov açıqlamasında Xoşqədəm Yədulla qızı Məmmədovanın xəstəxanaya olduqca ağır vəziyyətdə gətirildiyini bildirib: “Üzərində 2 dəfə cərrahiyyə əməliyyat keçirilsə də cəhdlərimiz nəticəsiz qaldı. Ilkin səbəbə görə belə fikirləşmək olar ki, xəstənin çox güman ki, tromboembaliyası olub. Keyser əməliyyatından sonra adətən izah olunur ki, ən azı 3 il fasilədən sonra təkrar hamiləliyə icazə verilir. 2-ci keyser əməliyyatından sonra umumiyyətlə hamiləliyə icazə verilmir. Qadın 3-cü dəfə keyser əməliyyatı olunub və məsələ belə sonluqla bitib”. Zərərçəkən tərəfin münasibətini öyrənmək üçün mərhumun yaşadığı Astara rayonun Ərçivan qəsəbəsində olduq. çəkilişə heç vəchlə icazə verməyən mərhumun yaxınları həkimlərdən şikayətçi olmadıqlarını, qadını həyata qaytarmaq üçün 2 gün ərzində bütün imkanlardan istifadə etdiklərini dedilər. Onlar 3-cü dəfə dünyaya uşaq gətirmək istəyən Xoşqədəmin səhhətində problemlərin olduğunu, bu səbəbdən ikinci körpəsinin doğuş zamanı tələf olduğunu gizlətmədilər. Ana ölümün dəqiq səbəbləri isə Səhiyyə Nazirliyi nəzdində yaradılmış komissiyanın araşdırmasından sonra məlum olacaq.

Teqlər:
Bu xəbər cəmi 1020 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR