Bu şeri Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə 1998-ci ildə Əkrəm Əylisliyə həsr edib. Görünür böyük şair bizdən cox-cox əvvəl Əkrəm adlı adamın kimliyini gözəl bilirmiş. Onun hələ illərcə əvvəl Aşota, Daşnaka işlədiyini açıb tökmüşdür.
Oxuyun, görün qüdrətli sənətkar Əkrəm Əylislinin simasını necə təsvir edir.. Moderator.az-ın araşdırmasına görə, şeir 1998-ci ildə “Bozqurd” qəzetində dərc olunub.
AXTARIRSAN
Öz gözündə tiri görməyən gəda,
Özgənin gözündə qıl axtarırsan.
Köhnə şakərindir, bulandırmağa,
Hər gün, hər ay göl axtarırsan.
Qələmin korlaşıb düşmüsən dərdə,
Hörmətin qalmayıb sənin heç yerdə.
Dölsüz olduğunu bildin nəsrdə,
İndi də “şeirdə” döl axtarırsan?
Bir zaman vətəni Aşota satdın,
Ürək bulandırdın, könül qanatdın.
Palıda, çinara sən çirkab atdın,
İndi gizlənməyə kol axtarırsan!
Qəlbin daş, ağlın da bir ovuc peyin
Döş-döşə gəlməyə qalmayıb heyin
Baxıb ayağına ölmüş eşşəyin,
Kürdənə vurmağa nal axtarırsan.
İçində zülmətdir, səhər bilirsən,
Qatırsan, özünü kəhər birlirsən,
Köhnə palanını yəhər bilirsən,
Belinə salmağa çul axtarırsan.
Özgənin uğuru səni yandırır,
Həsədin kinini qıcıqlandırır.
Özünün yalını bal adlandırır,
Özgənin balında yal axtarırsan.
Biz üzü gəlinsən, bir üzü arvad,
Kommunist, AXC, sonra Musavat.
Ordan da çıxmısan, ay evi bərbad,
İndi də Daşnaka yol axtarırsan.