10 aprel 2026
11
Barəsində cinayət işi açılan iş adamının şıdırğı mənzil alveri: Arzu Kazımovu kim himayə edir?
Artıq bir neçə ildir ki, çoxsaylı qalmaqalları və müxtəlif qanun pozuntuları ilə gündəmə gələn, bəd əməllərinə görə məhkum edilən iş adamı Arzu Kazımovla bağlı şikayətlər bitmək bilmir. Paytaxtın müxtəlif bölgələrində bina inşası və mənzil satışı həyata keçirən, barəsində cinayət işi açılan Arzu Kazımov bu gün də öz qaranlıq əməllərini davam etdirməkdədir.TEREF yazır ki, bunu poçtumuza daxil olmuş məqalədə müəllif yazır. Müəllif daha sonra fikrini davam etdirərək yazır:
Məlumat üçün qeyd edək ki, vaxtiylə adı Mahir Abdullayev olayında hallanan Arzu Kazımov, bir müddət öncə mənzil alqı-satqısında yol verdiyi saxtakarlıqlara görə istintaqa cəlb edilib. Lakin nə qədər qəribə olsa da, haqqında cinayət işi açılmasına, hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olmasına baxmayaraq, Arzu Kazımov bu gün də mənzil alverini davam etdirməkdədir. Ən acınacaqlı məqam isə ondan ibarətdir ki, bu alver yenə də köhnə üsulla – digər alıcıların və ya artıq mənzil sahibi olan digər şəxslərin hüquqlarının kobud şəkildə pozulmsı, onların aldadılması və s. ilə müşahidə edilir.
Arzu Kazımov üçün xarakterik xüsusiyyətlərdən biri də iş adamının yalnzı alıcılara deyil, həm də öz şəriklərinə “atması”, onları da “yaman günə” qoymasıdır. Məhz buna görədir ki, bu gün Arzi Kazımovla şəriklik ömülük bədbəxt olmaq, borc bataqlğına yuvarlanmaq kimi dəyərləndirilir.
Arzu Kazımovun bəd əməllərindən zərər çəkən, milyonlarla manat məbləğndə ziyana uğrayan və taleləri puç olan insnaları isə bir sual düşündürür: Barəsində cinayət işi açılan iş adamını kim himayə edir? Necə olur ki, mənzil alqı-satqısında yol verdiyi çoxsaylı dələduzluq əməllərinə görə, barəsində cinayət işi açılan şəxs, heç bir şey olmamış kimi yenə də rahat şəkildə mənzil satışı həyata keçirir? Arzu Kazımova yaradılan bu şərait yeni şikayətçilərin və qurbanların meydana gəlməsinə səbəb olarsa, o zaman iş adamı ilə yanaşı, həm də onu himayə edən şəxslər məsuliyyətə cəlb olunmalı deyilmi?
Vətəndaşlar ümid edir ki, inşaat sektoru və mənzil biznesində alıcı və digər iş adamlarının kabusuna çevrilən Arzu Kazımovla bağlı əlaqədar qurumlar daha ciddi addımlar atacaq, bu şəxsin əməlləri hüquq müstəvisində ciddi şəkildə araşdırılacaq.
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

“Fikrimi düzgün ifadə etməmişəm” – Həbs olunan memar başçı Qaraşovu belə xilas etdi
“Laçınım” mahnısının sözlərini kim yazıb? - Müəllifindən AÇIQLAMA
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI