10 aprel 2026
11

Nərimanovun başçısı Novruzdan çıxa bilməyib

     Nərimanov rayon İcra Hakimiyyətinin rəsmi saytına yerləşdirilən sonuncu məlumat Novruz bayramı ilə əlaqədardır.
 
Tribuna.az bildirir ki, RİH martın 17-dən bəri saytı yeniləməyib.

Təxminən bir aya yaxın müddətdə Nərimanov rayonunda hansı işlər görüldüyü, vətəndaş qəbulunun olub-olmadığı haqda məlumat yoxdur.

Sanki Nərimanovda həyat dayanıb. Belə təəssürat yaranır ki, icra başçısı Elgün Həbibullayev ya bayram tətilindən çıxmayıb, ya da işləmir və heç bir iş görmür.

Müasir dövrdə bir qurumun saytı işləmirsə, deməli, öz fəaliyyətinə adekvatdır.

Gülşən Rəsul