10 aprel 2026
12
Təcili Tibbi Yardımda ÖZBAŞINALIQ - "Belə bir biabırçı vəziyyətdə..."
"Ölkəmizdə bu xidməti Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi (RTTTYM) həyata keçirir, onun Bakı şəhərində 12rayon və 63 Regional struktur bölməsi vardır..." "DİA-AZ" xəbər verir ki, bu barədə açıqlama verən tanınmış tibb işçisi Faiq Məmmədli olduqca ilginc faktları da təqdim edib.O daha sonra fikrini belə davam etdirir: "Bakıda 140 , digər bölgələrdə isə 270 briqada fəaliyyət göstərir, təxminən 10min nəfərə yaxın işçisi, O cümlədən 2 mindən çox həkim ştatı,üç minə qədər orta tibb işçisi,üç mindən artıq sürücü və kiçik tibb heyəti olan bu strateji obyekt həm də büdcə vəsaitinə görə Respublikada ən iri Səhiyyə Müəssisəsidir.
2023-cü ilin axırlarında O zamankı TƏBİB direktoru Vüqar Qurbanov 10, 3milyon əhaliyə gecə gündüz zəruri olan bu strateji tibbi xidmət sahəsini struktur islahatı adı altında elə bir yarıtmaz hala saldı ki,öz səriştəsiz kadrları ilə aşağıdakı ictimai təhlükəli vəziyyət meydana gəldi.Əslində bu vəziyyəti yaradanlar Cinayət Məcəlləsinin 143-cü(təhlükədə qoyma) maddəsi ilə məsuliyyətə cəlb edilməlidir.
"SKORO"nu gözləyənlərin və yard istəyənlərin nəzərinə:
Maliyyə nazirliyi tərəfindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində (RTTTYM) aparılan yoxlamalar son illərin ən səs -küylü maliyyə təftişlərindən biridir.Bu yoxlamalar nəticəsində aşkar olunan qanun pozuntuları və mənimsəmələr birbaşa dövlət büdcəsinə dəyən ziyanla bağlıdır.
"ÖLÜ CANLAR"VƏ ƏMƏKHAQQI FONDUNUN POZUNTULARI
Yoxlamaların ən diqqət çəkən tərəfi faktiki işə gəlməyən, amma sənəd üzərində işçi "ölü canlar"ın aşkar edilməsidir.
Bakı şəhəri təcili tibbi yardım stansiyalarında və operativ şöbədə bəzi şəxslərin adları qeyd olunsa da, onların iş prosesində iştirak etmədiyi müəyyən edilmişdir.Həmin "işçilərin"adına açılan əməkhaqqı katları vasitəsilə dövlət vəsaitinin mənimsənilməsi, pulların konkret rəhbər şəxslər tərəfindən nağdlaşdırması iddia olunur (istintaq gedir).İş vaxtımın uçotu tabellərində saatların süni şəkildə artırılması və yerinə yetirilməyən işlərə görə ödənişlərin yazılması qeydə alınmışdır. RTTTYM -in təchizat və xidmət sahəsi "Dövlət Satınalmaları haqqında"Qanunun tələblərini kobud şəkildə pozulması üzə çıxmışdır, tibbi avadanlıqlar, ehtiyat hissələri və dərman vasitələrinin real bazar qiymətindən dəfələrlə baha qiymətə sənədləşdirilmişdir, tenderlər formal xarakter daşımış və çox vaxt qalib şirkət rəhbərliyə yaxın şəxslər olmuşdur.
Avtomobillərin təmiri və yanacaq sərfi ilə bağlı sənədlərdə rəqəmlərin süni surətdə artıralaq vəsaitlər silinmişdir
Bakı stansiyasında aparılan yoxlamalar nəticəsində idarəetmədə ciddi boşluqların olduğu üzə çıxmışdır.Mərkəz tərəfindən paylanılan narkotik və güclü təsirli preparatların, habelə digər dərmanların uçotunda ciddi çatışmazlıqlar və "itkin düşmə"halları qeydə alınmışdır
Avtomobillərin -ambulansların yürüş məsafəsi kobud şəkildə artırılaraq artıq yanacaq və ehtiyat hissələri tələb olunmuşdur .
Yoxlamalar nəticəsində bir sıra vəzifəli şəxslər işdən kənarlaşdırıb və barələrində cinayət işi başlanmışdır , dövlətə dəymiş ziyanın bir hissəsi ödənilsə də, prosesin hüquqi davamı olaraq məhkəmə çəkişmələri ola bilər.
İstintaq materiallarına görə "ölü canlar"və saxta ezamiyyə xərcləri vasitəsilə dövlət büdcəsinə 1 milyon manatdan artıq ziyan dəymişdir,onlarla şəxsin (həkim, orta tibb işçisi, sürücü) adının ştatda olduğu, lakin faktiki işləmədiyi halda aylıq 600-1000 manat əməkhaqqı aldıqları məlum olmuşdur, aylıq təxminən 20-30faiz yanacaq silinmişdir.
Tenderlərdə malların qiyməti bazar qiymətindən 40-60 faizbaha başa gəlmişdir.
Audit nəticəsində mənimsəmə aşağıdakı istiqamətlərdə olub
1-Əməkhaqqı fondu və "ölü canlar"-2,8 milyon manat
2-Yanacaq və logistika pozuntuları -;1,2 milyon manat
3-Dərman ləvazimatları -1,1 milyon manat
4- Təmir -0,8 milyon manat
Bu rəqəmlər yoxlamalar nəticəsində, istintaq davam etdikcə yeni epizodlar üzə çıxdıqca məbləğilərin artması ehtimal olunur.
Hazırda bu iş üzrə bir neçə vəzifəli şəxs barəsində CM -in 179-cu(xüsusilə külli miqdarda mənimsəmə)və 308-ci(vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri üzrə iş gedir.
Yoxlamalar nəticəsində Xəzər rayon təcili tibbi yardım bölməsinin müdirinin guya işdən azad olunduğu bildirilir, amma O daha böyük bölməyə, Suraxanı rayon təcili tibbi yardım stansiyasına bölmə müdiri vəzifəsinə direktor Mirələm Calalov tərəfindən təyin edilib.Bu da sənə cəza!?
Göründüyü kimi Mərkəzin direktoru əhalinin vaxtında və keyfiyyətli təcili tibbi yardımla təmin edilməsiindən çox, mühəndis və maliyyə işləri ilə məşğul olub.
Hazırda təcili tibbi yardımda ağrıları Avropa ölkələrində istifadəsi qadağan olunmuş analginlə kəsmək istəyirlər, ancaq alınmır.Çox zəruri ürək dərmanları yoxdu, belə də bəzi həkimlər özləri alır ki,bu da rüşvət çarxı yaradır.
Təcili tibbi yardımda çağırış çantası, telefonu və tonometr, hətta elektrik lampası və s.çox şey işçilərin özləri tərəfindən alınır,bu tərəfdən də büdcə vəsaiti "həzmə"ötürülür.
Burada Əmək Məcəlləsini 70"e" maddəsi (65yaşdan yuxarı həkimlərin çalışma müddəti uzadılması)əməlli başlı kimlərisə z"zəngin"edib.
Deyiəm Təcili Tibbi Yardımda heç zaman rüşvət və korrupsiya çarxı belə fırladılmayıb.Yadımdadı,2024c-cü ilin əvvəlində hətta Vətən müharibəsi veteranlarını belə ya işdən azad etdilər,ya da Sumqayıta göndərdilər..... Dedilər ki, bizim sözümüzə baxmayanın halı belə olmalıdır. Görünən odur ki, belə bir biabırçı vəziyyətdə Mirələm bəy korrupsiya çarxınının sürətini artırmaqda davam edir..."
Oxşar Xəbərlər:

Təcili Tibbi Yardımda "ÖLÜ CANLAR" - İTTİHAM VAR...

Təcili Tibbi Yardımın özünə TƏCİLİ AMBULANS lazımdır - İLGİNC FAKTLAR AÇIQLANDI...

Şamaxı Xəstəxanasının direktoru Natiq Əliyevin arxasında kim durur –Vüqar Qurbanov, Teymur Musayev, yoxsa…
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI