09 aprel 2026
14

7 aydır maaşları verilmir – VİDEO

    Gəncə şəhərində su və kanalizasiya xətlərinin yenilənməsi layihəsinə cəlb olunan bir qrup işçi maaşlarının ödənilməməsindən şikayətçidir.
YeniMeydan.info xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Şikayətçilərin bildirdiyinə görə, onlar layihənin podratçısı olan “Maqro Construction” şirkəti ilə müqavilə əsasında çalışaraq müxtəlif xidmətlər göstəriblər. Lakin iddia olunur ki, görülən işlərin müqabilində aylardır əməkhaqqıları ödənilmir.
“Mən layihə çərçivəsində sürücü kimi fəaliyyət göstərirdim. Ötən ilin oktyabr ayından bəri maaşlarımız ödənilmir, dekabrda isə bizi işdən çıxardılar. Şirkətin mənə təxminən 2 700-2 800 manat borcu var”, – şikayətçilərdən biri söyləyib.
Sənan Məmmədli