06 aprel 2026
8

“Papanin” hospitalında nüfuz alveri – Polkovnikə cinayət işi açıldı

     Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib. Yenimeydan.info xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polkovnik A.Paşayev nüfuz alverində ittiham olunur.
Hazırda həmin vəzifədə xidmət edən A.Paşayev istintaq müddətində həbs edilməyib, onun barəsində məhkəmə hökmünə qədər alternativ qətimkan tədbiri seçilib.
Onun ittiham edildiyi Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddənin sanksiyasında cərimə və ya 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Cinayət işinin ibtidai istintaqı prokurorluqda aparılıb.
A.Paşayevin bu yaxınlarda “Papanin” hospitalına rəis təyin edilən Vüqar Paşayevin qohumu olduğu deyilir.