06 aprel 2026
8
Keşləni su apardı – Rafiq Quliyev yenə cavabsız qaldı
Paytaxtın Keşlə qəsəbəsi bu dəfə də səhlənkarlığın və illərlə yığılıb qalan məsuliyyətsizliyin qurbanına çevrildi. Ötən gün baş verən hadisə nəticəsində yüzlərlə ev su altında qaldı, insanlar əmlakını, həyat şəraitini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Səbəb isə bəlli idi: Xətai rayonu, Rəşid Bağırov küçəsi 36/12b ünvanında yerləşən kollektorun aylardır həllini tapmayan problemi. Hadisənin ən diqqətçəkən tərəfi isə faciənin qarşısı vaxtında alınmadığı halda, artıq su evlərə dolandan sonra “təcili tədbir” görüntüsü yaradılması oldu. Mediatvaz.com xəbər verir ki,hadisə yerinə gələn Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılov çıxış yolu kimi kollektorun üzərində tikilmiş evin sökülməsi qərarını verdi.Amma burada əsas suallar cavabsız qalır.Necə olur ki, vətəndaş öz həyətində kiçik bir tikili – hətta bir toyuq hini belə inşa etmək istəyəndə dərhal bütün qurumlar başının üstünü alır? Bəs necə olur ki, kollektorun üzərində 2 mərtəbəli ev tikilir və bunu nə icra hakimiyyəti, nə də aidiyyəti qurumlar “görmür”? Bu, sadəcə səhlənkarlıqdır, yoxsa açıq-aşkar göz yumulmuş qanunsuzluq?Rafiq Quliyev bu proseslərdən doğrudanmı xəbərsiz olub? Əgər xəbərsiz olubsa – bu, vəzifə məsuliyyətinin kobud şəkildə yerinə yetirilməməsidir. Yox əgər xəbərdar olubsa – o zaman bu qanunsuz tikintiyə kim və hansı maraqlar naminə icazə verib? Ən ağrılı məqam isə budur: nəticədə zərər çəkən yenə sadə vətəndaşdır. Evi su altında qalan yüzlərlə ailə, əmlakı məhv olan insanlar… Digər tərəfdən isə sökülməsi qərara alınan evin sahibi. Bəs onların ziyanını kim ödəyəcək? Bu sual hələ də açıq qalır. Paytaxt meri Eldar Əzizov bu açıq-aşkar qanunsuzluğa yol verən məsul şəxslər barədə hansı tədbirləri görəcək? Xüsusilə də rayon rəhbərliyi – Rafiq Quliyev bu səhlənkarlığın siyasi və hüquqi məsuliyyətini daşıyacaqmı?
Əgər bu hadisə də əvvəlkilər kimi nəticəsiz qalacaqsa, deməli problem təkcə bir kollektorun tıxanmasında deyil. Problem rayonun icra başçısının rayona biznes maraqlarından baxmasındadır. Və bu qanunsuz tikintiyə icazə verənlər cəzalanmasa sabah başqa bir qəsəbə, başqa bir küçə eyni aqibəti yaşayacaq. Bu artıq sadəcə bir hadisə deyil – bu, rayon icra hakimiyyətində ciddi böhranın növbəti təzahürüdür. Və cəmiyyət cavab gözləyir.İcra hakimlərinin özbaşınalığa nə vaxt son qoyulacaq?
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com



Oxşar Xəbərlər:

Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI