06 aprel 2026
7
Bu təhsil müəssisələrində tədris dayandırıldı – RƏSMİ
Son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağıntılı hava şəraiti ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan, ucqar kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində azalma müşahidə edilir.Bu barədə, Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir:
“Bu səbəbdən çətin relyefə malik bölgələrdə yerləşən az sayda təhsil müəssisəsində tədris prosesinin həyata keçirilməsində qısamüddətli fasilələr yaranıb. Davamiyyətdə qısamüddətli fasilələrin müşahidə edildiyi təhsil müəssisələrində keçirilməyən dərslərin dərs cədvəlinə uyğun şəkildə kompensasiya edilməsi istiqamətində zəruri tədbirlər görüləcək. Bu çərçivədə dərslərin sıxlaşdırılmış qrafik üzrə təşkili imkanları dəyərləndirilir”.
Oxşar Xəbərlər:

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

ADSEA-nın Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı?
Hesablama Palatasının BDU-da aşkarladığı nöqsanlar açıqlanıb

Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə bağlı sensasion faktlar açıqlandı
Təhsil idarəsinin müdirinin həbsi: icra başçısı ilə konflikt, yoxsa..