06 aprel 2026
13

Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub – YENİLƏNİB

    Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub.

yenimeydan.info  xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.