01 aprel 2026
11
Tramp İranla bağlı xalqa müraciət edəcək

ABŞ Prezidenti Donald Tramp bu gün xalqa müraciət edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” sosial şəbəkəsində etdiyi paylaşımda elan edib.
Livittin sözlərinə görə, müraciət zamanı dövlət başçısı İrandakı müharibə ilə bağlı mühüm yeniliklərdən bəhs edəcək.
Trampın çıxışının yerli vaxtla 21:00-a (Bakı vaxtı ilə 2 aprel 05:00) planlaşdırıldığı bildirilir.
Qeyd edək ki, daha əvvəl Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İranla müharibənin 2-3 həftəyə başa çatacağını açıqlayıb.
Oxşar Xəbərlər:

ABŞ HƏR AN İRANI VURA BİLƏR –Trampdan ard-arda sərt bəyanatlar

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat