27 mart 2026
42
Sabunçu keçidi bağlandı - Video
Paytaxt Bakıda müşahidə olunan intensiv yağıntılar bir sıra ərazilərdə ciddi fəsadlara və subasmalara səbəb olub.
Yenimeydan.info “Real TV”yə istinadla xəbər verir ki, güclü yağış nəticəsində şəhərin bir sıra küçə və prospektləri su altında qalıb.
Xüsusilə hər il bənzər mənzərənin yaşandığı Sabunçu keçidində (tunelində) növbəti dəfə subasma hadisəsi qeydə alınıb. Yaranmış vəziyyətlə əlaqədar tuneldə nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb.
Bundan başqa, Binə, Ramana və Sulutəpə qəsəbələrində də yağıntının miqdarının çox olması səbəbindən həyətyanı sahələri və yolları su basıb. Hazırda bəzi ərazilərdə hərəkətin çətinləşdiyi və nəqliyyatda sıxlıqların yarandığı bildirilir.
Xatırladaq ki, 2024-cü ilin oktyabrında analoji hava şəraiti zamanı Sabunçu keçidində iki nəfər boğularaq həlak olmuşdu.
Daha ətraflı videomaterialda:
Oxşar Xəbərlər:

Ramana-Maştağa yolunu "yedilər" - Zaur Mikayılov 8 milyonu hara xərclədi? /VİDEO+FOTOLAR

Fevralda hava necə olacaq? – AYLIQ PROQNOZ

Dəmir Yolları rəhbərliyi 5 ildir hara baxırdı? – VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi monopoliya yaradır — İş adamından SENSASİON AÇIQLAMALAR…
“Bakıda nəqliyyatın hərəkəti düzgün tənzimlənmir” - PROBLEM