27 mart 2026
13

TƏBİB-də Gülünc Təyinat: Sahə Təhsili Olmayan Şəxs Nəqliyyatı İdarə Edir

 
TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanovin kadr siyasəti artıq cəmiyyətdə ciddi narazılıq doğurub. Səhv təyinatlar, peşəkarlıq prinsiplərinin tamamilə gözardı edilməsi, səhiyyə idarəçiliyinə vətəndaş etimadını sarsıdır. Xüsusilə diqqət çəkən məsələ Bəhmən Kərimovin – Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin inzibati məsələlər üzrə direktor müavini və nəqliyyat sektorunun kuratoru – təyinatıdır. Mediatvaz.com-a daxil olan məlumata görə, bu şəxsin nə texniki, nə də nəqliyyat sahəsi üzrə ixtisas təhsili yoxdur. Yəni avtomobilin "detallarını tanımayan", nəqliyyat sisteminin quruluşunu bilməyən bir insan necə göstəriş verə bilər?
 
Daha da ciddi iddialar var, Bəhmən Kərimovun baza təhsili yalnız özəl universitetlərdən birinə aiddir və nəqliyyat sahəsi ilə heç bir əlaqəsi yoxdur.O əvvəllər bank sektorunda çalışıb.Bank sistemi təcrübəsi isə nəqliyyatın texniki idarəetməsi ilə heç bir əlaqə daşımır. Bu təyinat açıq şəkildə göstərir ki, TƏBİB-də kadr seçimi yalnız şəxsi əlaqələr və təsadüfi prinsiplər əsasında aparılır, peşəkarlıq yox səviyyəsindədir. Nəqliyyat sahəsində texniki biliklərin olmaması təkcə inzibati boşluq deyil – bu, vətəndaşların həyatını riskə atan bir təhlükədir.Təcili yardımda avtomobillərin düzgün koordinasiyası, texniki vəziyyətin təminatı və sürətli qərar qəbulu həyati əhəmiyyət kəsb edir. Lakin Kərimovun təhsili və təcrübəsi bu sahəyə uyğun deyil. Nəticədə briqadalar vaxtında çıxış edə bilmir,əhali həyatını itirmək təhlükəsi ilə üz-üzə qalır,təcili yardım sisteminin etibarlılığı ciddi şəkildə sarsılır.Sahə təhsili olmayan şəxslərin rəhbərliyi isə xidmətin keyfiyyətini və operativliyini birbaşa təhlükəyə atır.Dövlət qurumlarında belə ciddi yanlışlıqlar yolverilməzdir.Səhiyyə kimi həssas sahədə kadr seçimində şəffaflıq, peşəkarlıq və məsuliyyət prinsiplərinin qorunması cəmiyyət üçün həyati əhəmiyyət daşıyır. Əks halda, yanlış kadr siyasəti xidmətin keyfiyyətinə, dolayısı ilə vətəndaşların həyatına birbaşa təsir göstərir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
 Mediatvaz.com