24 iyul 2023
364

Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB...
Cəlilabad rayonu, Zərbiəlli kənd sakini Əsədov Əyyub Saroğlan oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikası Səhiyyə naziri cənab Teymur Musayevə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsinin Baş direktoru Ədalət Həsənova müraciət ünvanlayıb.Bir nüxsəsi də redaksiyamıza daxil olan müraciətdə deyilir:Cənab Ali Baş Komandan sualların cavablandırılması və obyektiv rəy verilməsilə bağlı iyirmi birinci dəfədir ki,aidiyyatı qurumlara müraciət edirəm. Bildirirəm ki, davamlı şikayətlərim qardasım Əsədov Sabirin cinayət işilə bağlı ölmüş şəxs Əsədova Gülgəz Hidayət qızının barəsində Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsində qanunsuz və əsassız rəy verilməsilə bağlıdır.
Şikayətimə cavab verilməsilə bağlı cənab Prezident İlham Əliyevin dövlət orqanlarında vəzifəli şəxslərin vətəndaş süründürməçiliyinə son qoyulması ilə bağlı Fərman və Sərəncamlarının, habelə dövlət orqanlarında “Kargüzarlığın aparılması ilə bağlı Təlimat” ın qaydalarının ciddi pozuntuları ilə müşayitə olunan qanun pozuntuları aşağıdakılardan ibarətdir:
Birinci pozuntu ondan ibarətdir ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsində ekspert rəyinə anlayış verilərkən birbasa olaraq qeyd edilir ki, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir.
Həmin Qanunun 25-ci maddəsinin II bəndinin tələbinə görə də məhkəmə ekspertizasının aparılmasında iştirak edən proses iştirakçıları tədqiqatın gedişatına müdaxilə edə bilməzlər, lakin məhkəmə ekspertizasının predmetinə dair ekspertə suallar verə bilərlər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 37 saylı 19 avqust 2020-ci il tarixli qəararı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə”nin 2.19-cu bındinə əsasən də məhkəmə-tibb eksperti qarşısına qoyulan suallardan əlavə, səlahiyyətinə aid iş materiallarının tədqiqi zamanı aşkar edilmiş, ekspertizanın predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərməyə haqlıdır.
Bu Əsasnamənin 2.26-cı bəndinə əsasən də məhkəmə-tibb ekspertizasının gedişində ekspert qarşısında qoyulmuş və ya şəxsən onun lazım bildiyi və qərarda göstərilməmiş suallara cavab verməkdən ötrü məhkəmə-tibbi laborator müayinələrinin keçirilməsinə zərurət yaranarsa, o, təhqiqat və ya istintaq orqanlarının qərarı, yazılı təklifi və köməkliyi əsasında zəruri obyektləri ərazi üzrə məhkəmə-tibbi ekspertiza şöbələrinə göndərir. Bu zaman ekspert tərtib etdiyi müvafiq göndəriş vərəqələrində işin qısa məzmununu, ekspertiza gedişində aşkar edilmiş obyektiv məlumatları və laborator müayinələrin məqsədini göstərir.
Bu Əsasnamənin 2.37-ci bəndinin tələbinə əsasən də ekspert tərtib etdiyi rəyə onun səlahiyyətlərinə daxil olan, lakin haqqında sual qoyulmamış hallar (xüsusatlar) üzrə də nəticəyə gələ bilər.
Yuxarıda qeyd edilən Qanunun və Əsasnamənin imperativ qaydada ekspertizanın proses iştirakçılarının suallarına cavab verməli olduğu halda görəsən “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsininin rəhbəri Ədalət Həsənov da bu müraciətlərə 01 iyun 2023-cü il tarixli 2236 saylı şablon xarakterli cavab məktubu ilə “İstintaq və məhkəmə orqanına müraciət etməyi” niyə və hansı Qanuna əsaslanaraq bizə tövsiyyə edir ?
Ekspertiza Mərkəzi niyə suallara cavab verməməkdən yayınmaqla Qanunların tələbini pozur ? Maraq nədədir ki, 6 aydır verilən suallara cavab verməkdən müxtəlif bəhanələrlə yayınılır ?
İkinci sual ondan ibarıtdir ki, 6 aydır ardıcıl etdiyim şikayətlər diqqətlə oxunaraq insan taleyi həll edilməsi əvəzinə baxmayaraq şikayətlər Səhiyyə Nazirliyində araşdırılmaq əvəzinə, şikayət olunan orqana –Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsinə göndərilir.
“Vətəndaşların müraciətləri haqqında” Qanunun 10-12-ci maddələrinin tələbini nəızərə almadan, şikayətlərimi şikayət olunan orqana, yəni Patoloji Anatomiya birliyinə göndərilir. Yuxarıda qeyd edilən Qanun isə şikayət olunan orqana şikayəti göndərməyi qadağan edir.
Görəsən bu qədər etdiyim şikayətlər araşdırılmaq əvəzinə Yuxarıda qeyd edilən Ölkə prezidentinin süründürməçiliyə son qoyulması ilə bağlı Fərmanları, Qanunlar və digər normativ aktlar pozulması ilə Səhiyyə Nazirliyi ekspertizanın qərarında olan ciddi pozuntuları niyə araşdırmır ?
Göründüyü kimi bunlar mənim şikayətlərimi bağlamaq xətrinə edilib.
Yuxarıda qeyd edilən Qanunun sadalanan normalarına əsasən Ağciyər İnstitutunun, Tarvmatologiya İnstitutunun və Hematologiya İnstitutunun 18 gün sonra ayaq sınmasının ölümlə əlaqəsi olmamasına dair suallara cavab verilməsi hüququmdan və vəkilin bu hüquqdan istidafə edərək sual verdiyi halda bu sualların cavablandırılması əvəzinə “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsininin rəhbəri Ədalət Həsənovun 01 iyun 2023-cü il tarixli 2236 saylı cavab məktubu ilə ekspertizanın nəticəsi bizi qane etmirsə istintaq orqanına müraciət etməyimizi tövsiyyə edərək yuxarıda qeyd edilən Qanunların tələbi niyə pozulur ?
Necə olur ki, Səhiyyə Nazirliyinin 3 qurumu - Ağciyər İnstitutunun, Tarvmatologiya İnstitutunun və Hematologiya İnstitutunun 18 gün sonra ayaq sınmasının ölümlə əlaqəsi olmamasına dair nəticəyə gəldiyi halda, Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin T 166 saylı, Keş 142 saylı rəylərində ayaq sınmasından 18 gün sonra insan ölməsini ölümlə səbəbli əlaqə kimi göstərilir ?
Səhiyyə Nazirliyində bu halla bağlı ayrı fikirlərin olmasını Səhiyyədə işin düzgün təşkil olunmaması kimi qiymətləndirək, yoxsa Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin müstəqil və aşağıda qeyd edəcəyim Əsasnamənin tələblərinin pozulmasına görə özbaşınalıq kimi ?
Səhiyyədə bu gülünc vəziyyət niyə yaradılır ?
Hörmətli cənab Nazir,
Diqqətinizə aşağıda qeyd edəcəyim bəndlərdə həm Səhiyyə Nazirliyinin təsdiq etdiyi Əsasnamənin və Digər Qanun pozuntuları ilə müşayiət olunan, günahsız yerə şəxsin cəza almasına səbəb olmuş ekspert rəyindəki pozuntuları xüsusilə nəzər yetirməyinizi və yenidən rəy verilərkən bu aşağıdakı faktların və qoyulmuş sualların yuxarıda qeyd etdiyim Qanunun tələblərinə əsasən məcburən də olsa Ekspertiza Mərkəzi tərəfindən nəzərə alınmaqla bizə cavab verilməsini və araşdırılmasını xahiş edirəm :
1) Birinci sual olaraq qeyd edirik ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 37 saylı 19 avqust 2020-ci il tarixli qəararı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə”nin 3.8-ci bəndinə görə nəticə ekspertiza prosesində işin ekspert təhlili və tibb elminin məlumatları əsasında müəyyənləşdirilmiş obyektiv məlumatlar üzərində qurulur. Göstərilən obyektiv məlumatlar protokolun giriş və tədqiqi hissələrindən əldə edilir.
Bu Əsasnamənin 3.9-cu bəndinə görə isə nəticə ekspert qarşısında qoyulmuş suallara müvafiq surətdə tərtib olunur. Onlarda, həmçinin ekspertiza zamanı müəyyən edilmiş əhəmiyyətli obyektiv məlumatlara ekspert qiyməti də olmalıdır. Nəticə aydın, səlist tərtib edilməklə xüsusi tibb terminlərindən mümkün qədər istifadə edilməməlidir. Hər bir nəticə üzrə ekspertin fikri obyektiv məlumatlarla əsaslandırılmalıdır.
Bu Əsasnamənin 3.37-ci bəndinə əsasən hər bir nəticə üzrə ekspertin fikri obyektiv məlumatlarla əsaslandırılmalıdır.
Şikayət etdiyimiz qanunsuz və əsassız hesab etdiyimiz Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsininin 01 aprel 2022- ci il tarixli KEŞ-142 nömrəli rəyində isə vurulan zərbə ilə ölüm arasında səbəbli əlaqə olması üçün yaranan tromboemboliyanın məhz vurulma nəticəsində əmələ gəldiyinin əsaslandırılmasına zərurət var idi.
01 aprel 2022- ci il tarixli KEŞ-142 nömrəli rəydə isə “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə”nin 3.8-ci və 3.9-cu bəndlərin tələbləri pozularaq nə ekspertiza zamanı müəyyən edilmiş əhəmiyyətli obyektiv məlumatlara istinad edilmiş, nədə ki ekspertin nəticə hissəsində verdiyi QEYd edilən Əsasnamənin bu tələbləri pozularaq hansı təhlil və tibb elminin məlumatları əsasında vurulan zərbənin tromboemboliya yaratması açıq aydın görünmür.
Bu ekspert rəyinə nəzər salsaq görünür ki, ekspert rəyinin əsaslandırma hissəsində qeyd edilir ki, “ əksər hallarda” vurulan zərbə tromboemboliya yaradır.
Göründüyü kimi ekspert əksər hallarda sözünü işlədərək konkret olaraq digər hallara aydınlıq gətirmədən, trombun məhz vurulan zərbə yerindən qoparaq Ağciyər arteriyasını tutmasına dair rəylərdə elmi əsaslanıdrmaya söykənən bir cümlə belə işlətməmişdir. Lakin nəticə hissədə isə trombun zərbə nəticəsində yarandığı qənaətinə gəlmişdir. Bununla da Əsasnamənin tələbi pozulmuşdur.
Komisyon ekspertiza da Keş 142 saylı rəyində meyitin şəxsi müayinə aparan həkimin səhvini təkrarlayaraq Əsasnamənin qeyd edilən tələblərini pozaraq “trombun zərbə ilə əlaqəsini” təsdiq edən əsaslandıma (,məhz trombun zərbə yerindən qopması, onun izləri, hansı damarla gəlməsini təsdiq edən aşkar etdiyi hallar və s) olmadan, “Meyitin şəxsi müayinəsində”n əldə edilən rəydəki səhvi təkrarlamışdır.
Ağciyər İnstitutunun, Tarvmatologiya İnstitutunun və Hematologiya İnstitutunun bu ərizəyə əlavə edilmiş cavab məktublarından da görünür ki, tromboemboliya tək zərbə nəticəsində dəyil, sağlam insanlarda da yarana bilər. Belə vəziyyətdə rəydəki yuxarıda qeyd edilən boşluqlarla şəxsin məhz bu zərbə nəticəsində yaranan trombla səbəbli əlaqəsinə necə inanılsın ?

2. Necə olur ki, Əsasnamənin 3.8-ci bəndi ekspert rəyində nəticədə göstərilən cümlənin rəyin əsaslandırma hissəsində dəqiuqliklə ( vurulan zərbə yerində qan laxasının izləri olması. Həmin damarlar boyu axmasının izləri olması və s kimi hallar) göstərilmədiyi halda nəticədə ekspert bir cümlə ilə belə bir nəticəyə gəlir ?
3. Meyitin indiyədək müayinəsindən 1 ildən artıq vaxt keçməsini və meyitin çürüməsini nəzərə alsaq hazırki Təkrar Komisyon Ekspertiza zamanı bu boşluğu görəsən hansı saxtakarlıqla ekspert dolduracaq ki, vurulan zərbədən tromboemboliya yaranıb ? Axı meyit müayinə olunaraq rəy yazılan zaman trombun məhz zərbə yerindən qoparaq ağciyəri tutumasına dair əvvəlki rəylərdə bir cümləyə belə rast gəlmək mümkün olmadaığı halda ekspert hansı əsasla bunu müəyyən edəcək ?
Ekspert Komissiyası “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə”nin 3.8-ci və 3.9-cu bəndlərin tələblərini ciddi şəkildə pozmuş, nəticə etibarı ilə vurulmuş zərbəyə görə təqsirləndirilən Əsədov Sabir Saroğlan oğluna əgər zərbə vurmuşdursa zərbəyə görə (Cinayət Məcəlləsi 126.1 maddəsi) cəza təyin edilməli olduğu halda daha ağır cəzaya görə, yəni ölümlə nəticəyə görə Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə cəza təyin edilmişdir.
4. Vəkilimiz tərəfindən verilən sorğulara cavab olaraq hazırda bu müraciətə əlavə edilmiş “Milli Hematologiya və Transfüziologiya Mərkəzi” Publik hüquqi şəxsinin 25 iyun 2023-cü il tarixli 3-28-5/2/06623 saylı cavab məktubunun 1.1-ci bəndindən göründüyü kimi ürək-damar xəstəliyi olanlarda, qanın laxtalanma sistemində patologiyaları olanlar, 2-ci bəndindən göründüyü kimi tez-tez müşayiət olunan krizlərlə, hipertoniya II st.b, faza, QDÇ II dərəcə xəstəliyi olan şəxslərdə,
“Elmi – Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” Publik Hüquqi Şəxsinin 06 iyul 2023-cü il tarixli 3-28-9/2-526/2023 saylı cavab məktubunun 1-ci bəndinin D) yarımbəndindən və 2-ci bəndindən göründüyü kimi ağır ürək-damar xəstəliyi olan şəxslərdə,
“Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Publik Hüquqi Şəxsinin 22 fevral 2023-cü il tarixli 55 saylı cavab məktubunun 2-ci və 3-cü bəndindən göründüyü kimi tez-tez müşayiət olunan krizlərlə, hipertoniya II st.b, faza, QDÇ II dərəcə xəstəlik olduğu halda “Ağciyər arteriyasının tromboemboliyası”xəsarət almasa belə yarana bilər və ölüm risqi yüksəkdir.
Ekspertə “Ekspertiza fəaliyyəti haqqında” Qanunun 12-ci və 22-ci maddələri rəhbər tutuaraq sual verilməsi hüququmuzun olduöunu nəzərə alaraq sualımız ondan ibarətdir ki, ölmüş şəxs Əsədova Gülgəz Hidayət qızının aldığı xəsarət nəticəsində yaranan tromboemboliya ilə ürək-damar xəstəliyi, qanın laxtalanma sistemində patologiyası olan xəstəliyi, tez-tez müşayiət olunan krizlərlə, hipertoniya II st.b, faza, QDÇ II dərəcə xəstəliyi nəticəsində tromboemboliyanı necə fərqləndirmək olar ?
Əsədova Gülgəz Hidayət qızının meyiti müayinə olunarkən meyitin daxili orqanlarında tromb yaranmasına əsas digər hallardan kəskin fərləndirən hansı hallar baş vermişdir ki, bunun əsasında ekspert vurulan zərbə ilə trombun yaranmasını səbəbli əlaqə kimi müəyyən etmişdir ?
Cinayət işində vərəqlərə diqqət yetirilsə ekspert görər ki, ölmüş şəxs Əsədova Gülgəz Hidayət qızı tez-tez müşayiət olunan krizlərlə, hipertoniya II st.b, faza, QDÇ II dərəcə xəstəliyi olmuş və buna görə əlillik təyin edilməklə pensiya almışdır. Bu səbəbdən xəsarətdən yaranan tromboemboliyanı ölmüş şəxsin xəstəliyindən yaranan tromboemboliyadan nə ilə fərqləndirilir, bu fərq kəskin olaraq hansı əlamətlərlə müəyyən edilir ?
2020-ci ildə Covid -19 pandemiyasının baş verdiyi müddətdə Əsdəova Gülgəz Hidayıt qızı aldığı xəsarətdən 18 gün sonra stasionar müalicə almamış, qardaşıgildə vəfat etmişdir. Meyit müayinə olunarkən ağciyər arteriyasının tromboemboliyasının “Covid -19” xəstəliyindən yaranmadığını da ekspert rəyindən görmək mümkün deyildir. Halbuki Səhiyyə Nazirliyinin daxili Təlimat qaydalarına uyğun olaraq tibb müəssələrinə daxil olarkən COVİD -19 testinin aparılması mütləq olmuşdur. COVİD-19 nəticəsində ağciyər arteriyasının tromboemboliyasının yaranma ehtimalını nəzərə alaraq Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsinin nə təkrar ekspertizanın T166/2021 saylı rəyində, nədə ki komisyon ekspertizanın 01 aprel 2022- ci il tarixli KEŞ-142 nömrəli rəyində bu halın araşdırılmasına rast gəlmək mümkün deyil.
Qeyd edilənlərə əsasən Əsədova Gülgəz Hidayət qızında yaranmış ağciyər arteriyasının tromboemboliyası COVİD-19 xəstəliyi nəticəsində yarana bilərdimi ?
8. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci və 25-ci maddəsinə əsasən məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs tədqiqatın aparılması və ekspert rəyinin verilməsi üçün suallar siyahısını, tədqiqat obyektləri və iş üzrə materialları məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə təqdim edir.
Bu hüquqdan istifadə edərək suallara cavab verilməsi əvəzinə “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsininin rəhbəri Ədalət Həsənovun 01 iyun 2023-cü il tarixli 2236 saylı cavab məktubu ilə ekspertizanın nəticəsi bizi qane etmirsə istintaq orqanına müraciət etməyimizi tövsiyyə edərək yuxarıda qeyd edilən Qanunun tələbi pozulur.
Bundan başqa “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə əsasən qoyulmuş suallardan əlavə, məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da ekspert öz rəyində göstərə bilər.
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun tələbinə görə isə meyit üzərində tədqiqatın aparılması ilə əlaqədar tərəflər sübut təqdim etmək hüuüundan istifadə edə bilərlər.
Yuxarıda qeyd edilən Qanunun tələbinə uyğun olaraq digər mütəxəssis rəylərini ( Ağciyər İnstitutunun, Tarvmatologiya İnstitutunun və Hematologiya İnstitutunun 18 gün sonra ayaq sınmasının ölümlə əlaqəsi olmamasına dair) sübut kimi “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinə göndərməyimə baxmayaraq, təqdim olunmuş sənədlərə və sübutlara əsasən qeyd edilən sualların cavablandırılması mümkün olduğu halda cavablandırılmadı.
Sorğu əsasında əldə etdiyimiz və hazırki bu şikayətə əlavə etdiyimiz “Milli Hemotologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi şəxsinin 25 iyun 2023-cü il tarixli, “Ağciyər Xəstəlikləri İnstitutu”nun 04 iyul 2023-cü il tarixli sorğuıara cavab məktubundan da göründüyü kimi ürək-damar xəstəliyi olanlar, xüsusilə hipertonik krizlə müşayiət olunan qan damar xəstəliyi olanlarda zədə almasa belə ölüm risqi yükəskdir. Bununla belə Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Keş-142, 01.04.2022-ci il tarixli rəyində ölümün alınan xəsarətlə əlaqəsi qeüyd olunsa da əsaslandrıma hissəsində nə əsasla ekspertin bu nəticəyə gəlməsinin səbəbini tapmaq mümkün deyil.
Görəsən ekspert meyiti müayinə edərkən hansı səbəbli əlaqə ilə rastlaşdı ki belə qənaətə gəldi ?
9. Sual ondan ibarətdir ki, müraciətimə əlavə olunan “Milli Hemotologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi şəxsinin 25 iyun 2023-cü il tarixli, 3-28-5/2-1066-23 saylı cavab məktubundan o da görünür ki, xəsarətdən 18 gün sonra xəstənin ölümünün qarşısı alına bilərdi. Xüsusilə cavab məktubunun 5 və 6-cə bəndlərində qeyd edilir ki, belə vəziyyətdə xəstəyə qandurulaşdırıcı dərmanlar təyin edilməli idi, xəstəxanaya yerləşdirilməli idi.
Görəsən Əsədova Gülgəz Hidayət qızı ölməmişdən əvvəl ilk hansı tibbi yardım edilmişdir ? Ekspert rəyində qeyd etdiyi kimi, tromboemboliya riski var idisə niyə qandurulaşdırıcı təyin edilməmişdir ? Görəsən xəstəxananın həkimi ambulator müalicə alması üçün xəstənin ərazi üzrə Poliklinikada müalicə alması üçün göndəriş vermişdirmi ? Ekspert bu halları araşdırmışdımı rəy verərəkən ?
10. Keş 142 saylı rəydən göründüyü kimi rəydə düzgün müalicənin aparılmasını təsdiq edən sənəd olmadığı halda ekspert həm müalicənin düzgün aparıldığını qeyd edir, həm də ambulator tibbi xidmətlə bağlı sənəd tərtib edilməli olduğu halda Biləsuvar MRX-da həkim tərəfindən tərtib edilməməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 70 saylı əmrinin təlimat qaydaları pozulduğunu qeyd edir
Göründüyü kimi rəy düzgün verilməməklə ekspert komissiyası insan taleyini həll edir. Həkimin səhvi və ya ölənin məsuliyyətsiz davranaraq müalicə almamasınının nəticəsi təqsirləndirilən Əsədov Sabirin üzərinə atılır. Əgər həkim vaxtında və düzgün müalicə aparsaydı xəstə ölməzdi. Bu səbəbdən də vurulan zərbənin ölümlə səbəbli əlaqəsi olmadığı halda ekspert rəyində səbəbli əlaqənin olması müəyyən edilməzdi.
İş materiallarında olan və bu müraciətə əlavə etdiyim Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Publik Hüquqi Şəxsinin 35 nömrəli 22 fevral 2023-cü il tarixli rəyindən görünür ki, sınıq müalicə protokolunda qandurulaşdırıcı dərmanlardan istifadə olunmalı idi. Qandurulaşdırıcı dərman istifadə olunubmu ?
11. Sual ondan ibarətdir ki, əgər qandurulaşdırıcı vasitələrdən istifadə olunmuşdursa hansı dərman vasitələri istifadə edilmişdir ?
Həyat üçün təhlükəli orqan olmayan ayağın sınmasını 18 gün sonra ölümlə necə əlaqələndirmək olar ?
Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Keş-142, 01.04.2022-ci il tarixli rəyində bu sualın da cavabını tapmaq mümkün deyil.
12. Ekspert rəyinin nəticə hissəsinin 6.9-cu bəndindən görünür ki, göstərilmiş ambulator tibbi xidmətlə bağlı sənəd tərtib edilməli olduğu halda Biləsuvar MRX-da həkim tərəfindən tərtib edilməməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 70 saylı əmrinin təlimat qaydaları pozulmuşdur.
Bununla belə bu rəydə qeyd edilir ki, Səhiyyə Nazirliyinin 70 saylı əmrinin təlimat qaydaları pozulduğu halda həkim düzgün müalicə apardığını ekspertiza necə Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Keş-142, 01.04.2022-ci il tarixli rəyində göstərir. Müalicə aparılmasının qeydiyyatı olmadığı halda ekspert Komissiyası bunu necə müəyyən edir ki müalicə düzgün aparılıb ?
Müalicə aparıbsa bunu əks etdirən hər hansı sübut varmı ?
İbtidai istintaq zamanı Müstəntiq tərəfindən ekspert qarşısında qoyulmuş 5-ci sual üzrə “Hansı tibbi yardım göstərilmişdir ? “ “ Aparılan müalicə nədən ibarət olmuşdur ?” kimi suallara ekspertizasının 01 aprel 2022- ci il tarixli KEŞ-142 nömrəli rəyində cavab verilməmişdir.
Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin komisyon məhkəmə tibbi ekspertizası rəy verərkən rəydə həm düzgün müalicə aparıldığını, həm də Səhiyyə Nazirliyinin 70 saylı əmrinin təlimat qaydaları pozulduğunu qeyd etməklə bir-birinə zidd fikirləri necə rəyində qeyd edir ?
Xaricdə bu sahədə fəaliyyət göstərən professorlara bizim tərəfdən müraciət edilərək rəy alınmışdır. Həmin rəylərdən də görünür ki, Keş-142, 01.04.2022-ci il tarixli rəy düzgün verilməmişdir. Rəy verilərkən ölmüş şəxs Əsədova Gülgəz Hidayət qızının Hipertoniya ft ıı baza, qan damar xəstəliyindən əziyyət çəkdiyinə görə II qrup əlil olmaqla pensiya alması və bu səbəbdən də zərbə vurulmasa belə bu tipli xəstələrin ölə bilməsinin mümkünlüyü nəzərə alınmamışdır.
Qeyd edilənlərə əsasən əlimizdə olan rəylərdən görünür ki, “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Keş-142, 01.04.2022-ci il tarixli rəyi düzgün verilməmişdir.
Bu əsassız rəylə həkim komissiyası mümkün qədər xəstənin müalicə almayaraq ölməsi kimi məsuliyyətsizliyini də vətəndaş Əsədov Sabirin ölümlə səbəbli əlaqəsi olmadığı halda onu təqsirkar çıxardaraq cəzasını ağırlaşdırımışdır. Bu qanunsuz rəy və yuxarıda qeyd edilənlərin nəzərə alınmaması Sabir Əsədova yüngül ittiham olunması əvəzinə daha ağır ittiham olunmasına (Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə ) əsas vermişdir. Ölümlə səbəbli əlaqə olmadığı halda görəsən həkim komissiyası ayaq sınmasında 21 gün sonra ölən xəstənin mülaicə olmamasını ( İnstitutlardan alınan rəylərdən də görünür ki xəstə müalicəö alsaydı, qandurulaşdırıcı vurulsaydı ölməzdi) necə ölümlə zərbə arasında səbəbli əlaqə kimi müəyyən edir ?
14. Həkim Komissiyası Hiperoniya ft ıı baza, qan damar xəstəliyindən əziyyət çəkdiyinə görə II qrup əlil olmaqla pensiya alması və bu səbəbdən də zərbə vurulmasa belə bu tipli xəstələrin ölə bilməsinin mümkünlüyü nəzərə almışdırmı ?
Göründüyü kimi ekspert bu əsasla da “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 22-ci və 12-ci maddəsinin tələbini də pozaraq ölən şəxsin qan damar xəstəliyindən əziyyət çəkən şəxs olmasını nəzərə almamışdır. Əgər nəzərə alsaydı “tromboemboliya” xəstəliyinin bu əsasla da baş verməsini müəyyən edə bilərdi.
Şikayət olunan rəydən isə görünür ki, ekspert komissiyası bu məsələyə də ümumiyyətlə qiymət verməmiş və rəydə bunu göstərməmişdir.
Keş 142 saylı rəydə həm düzgün müalicə aparıldığını, həm də Səhiyyə Nazirliyinin 70 saylı əmrinin Təlimat qaydaları pozulduğu qeyd edlir. Görəsən Səhiyyə Nazirliyinin 70 saylı əmrinin Təlimat qaydaları pozulduğu halda və bu qaydalara uyğun hansı müalicə vasitəsindən həkim tərəfindən xəstəyə tətbiq olundunu müəyyən etmək mümkün olmadığı halda verilən Keş-142 saylı rəydə həkimin düzgün müalicə aparmasını Tibbi komissiya necə müəyyən etmişdir ?
Əsədova Gülgəz Hidayət qızı zərbə aldıqdan dərhal sonra Biləsuvar RMX-na müraciət etmişdir. “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Keş-142, 01.04.2022-ci il tarixli rəyindən görünür ki, aşağı ətrafın sınıqlarında ölümə səbəb çox vaxtı “Tromboemboliya” olur.
Belə vəziyyətdə müalicə edən həkim “ sınıq müalicə protokolu” na uyğun müalicə vasitəsi kimi vaxtı “Tromboemboliya”nın qarşısını almaq üçün qandurulaşdırıcı vasitələri xəstəyə təyin etməli idi.
Görəsən “Tromboemboliya”nın qarşısını almaq üçün həkim hansı qandurulaşdırıcı dərman təyini etmişdir ? Əgər təyin etmişdirsə Səhiyyə Nazirliyinin 70 nömrəli Təlimat Qaydaları pozularaq qeydiyyat aparılmadığı halda qandurulaşdırıcı vasitələrin xəstəyə təyin edilməsini Tibbi Ekspert Komissiyası necə müəyyən etmişdir ?
İbtidai istintaq zamanı müstəntiq tərəfindən ekspert qarşısında qoyulmuş 5-ci sual üzrə “Hansı tibbi yardım göstərilmişdir ? “ “ Aparılan müalicə nədən ibarət olmuşdur ?” ki suallardan Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin ekspert komissiyası hansı əsasla yayınmış və ümumiyyətlə cavab verməmişdir ?
Səhiyyə Nazirliyinin 3 Elmi İnstitutu olan “Milli Hematologiya və Transfüziologiya Mərkəzi” Publik hüquqi şəxsinin 25 iyun 2023-cü il tarixli 3-28-5/2/06623 saylı cavab məktubu ilə, “Elmi – Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” Publik Hüquqi Şəxsinin 06 iyul 2023-cü il tarixli 3-28-9/2-526/2023 saylı cavab məktubu ilə, habelə “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Publik Hüquqi Şəxsinin 22 fevral 2023-cü il tarixli 55 saylı cavab məktubu ilə vurulmuş zərbənin ölümlə səbəbli əlaqəsi olmadığını, ölümə səbəb tromboemboliyanın olduöunu qeyd etməsinə baxmayaraq, necə olur ki, Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyi vurulan zərbənin xəstənin ölməsindən 18 gün sonra ölümlə əlaqəli olduğu öz rəyində qeyd edir ?
Səhiyyə Nazirliyinin 3 ayrı yuxarıda qeyd edilən qurumunun elmi dərəcəsi olan alim həkimləri ilə Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin ekspertlərinin gəldiyi nəticə fərqli olmaqla Səhiyyə Nazirliyi gülünc vəziyyətə niyə salınır ? Səhiyyə Nazirliyinin vahid mövqeyi varmı hazırki ölüm işilə bağlı ?
Əgər ekspert əsaslıdırsa elmi əsaslandırma aparmaqla (Əsasnamədə qeyd edilən tələblərə uyğun) suallarımın cavablandırılmasını xahiş edirəm.
Yuxarıda qeyd edilənlərə əsasən bu ərizəmdə qoyulmuş sualların cavablandırılmasını, “Milli Hematologiya və Transfüziologiya Mərkəzi” Publik hüquqi şəxsinin 25 iyun 2023-cü il tarixli 3-28-5/2/06623 saylı cavab məktubunun, “Elmi – Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” Publik Hüquqi Şəxsinin 06 iyul 2023-cü il tarixli 3-28-9/2-526/2023 saylı cavab məktubunun, habelə “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Publik Hüquqi Şəxsinin 22 fevral 2023-cü il tarixli 55 saylı cavab məktubunun nəzərə alınmaqla komisyon tibbi ekspertizası tərəfindən Əsasnamədə göstərilən qaydada düzgün rəy verilməsinə nəzarət edilməsini, “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsininin rəhbəri Ədalət Həsənovun 01 iyun 2023-cü il tarixli 2236 saylı cavab məktubunun yuxarıda edildiyi kimi qanunun tələblərinə uyğun olmadığını nəzərə alaraq qanunsuz cavablara son qoyulmasını, yuxarıda qeyd etdiyim 16 əsaslandırılmış və qanuna istinad edilmiş yuxarıda qoyulan sualların rəsmi olaraq cavablandırılmasını, qanuna əsaslanan rəy verilməsini xahiş edirəm.
 //azerinfo.media//