14 mart 2026
11
“Piyada zolağından sonra səki yoxdur, ağaclığa giririk” - Video - Fotolar

“Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən piyada keçidi düz ağaclığın içərisinə çıxır. Avtomobillərin intensiv hərəkətdə olduğu bu ərazidə yolu keçmək piyadaların həyatı üçün ciddi təhlükə yaradır”.
Bu iddia ilə “Qafqazinfo”ya həmin ərazidə yaşayan sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, keçidi keçəndən sonra heç bir səki, yol qoyulmayıb, nəticədə vətəndaşlar təhlükə ilə üz-üzə qalırlar. Xüsusən uşaq və ya təkərli oturacaqla zolağı keçmək mümkün deyil.
Xəbəri rus dilində oxuyun: “Зебра” в никуда на бакинской улице - ФОТО/ВИДЕО
Şikayətçilər daha əvvəl də aidiyyəti qurumlara müraciət olunduğunu, lakin problemin həllini tapmadığını deyirlər: “Sadəcə zolağı rəngləməklə kifayətləniblər”.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, əraziyə yerində baxış keçirilib və müvafiq tədbir görüləcək.
Gülnar Əliyeva

Oxşar Xəbərlər:

BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... -MALƏSƏF, BU FAKTDIR...

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Misir Mərdanov rus “sektoru”ndan danışdı: “Nazir olanda, mənim üçün çox ağır oldu”

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI