13 mart 2026
3

İran savaşı: Rusiya hər gün 150 milyon dollar qazanır

    Yaxın Şərqdə davam edən müharibə hər gün Rusiyaya əlavə 150 milyon dollar neft gəliri gətirir.
Yenimeydan.info  xəbər verir ki, bu barədə “Financial Times”da yayımlanan araşdırmada deyilir.
Qeyd olunur ki, Hörmüz boğazının faktiki bağlanması Hindistan və Çinin Rusiya neftinə tələbatının artmasına və qiymətlərin yüksəlməsinə səbəb olub. Nəticədə Moskva artıq neft ixracından təxminən 1,3-1,9 milyard dollar gözlənilməz gəlir əldə edib.
FT-nin hesablamalarına görə, bu templə Rusiya büdcəsinə mart ayının sonuna qədər əlavə 3,3-4,9 milyard dollar gəlir daxil olacaq.