06 mart 2026
6
“İran niyə Naxçıvanı vursun?” deyənlərə CAVAB: “Ən azı 1 milyon insanı…”
Burda bəzilərinin “Axı, İran bunu niyə eləsin” sualını verib, arqument gətirir. Təbii ki, bu adamları qınamaq fikrim yoxdur. Çünki onlar İrandakı hansı zehniyyətin hakimiyyətdə olduğundan xəbərsizdirlər. Molla rejimi üçün müqəddəs heç nə yoxdur və olmayıb.
Tribuna.az xəbər verir ki, bu sözləri jurnalist Fikrət Fərəməzoğlu bildirib. O qeyd edib ki, bu rejimin əli Yaxın Şərqdən tutmuş, öz ölkəsinin içinə kimi, ən azı 1 milyonun insanın qanına batıb:
“Uf demədən, bir gecədə 36 min gənc, qadın və uşağı qətlə yetirib. Onminlərlə insanı edam edib.
İranlılar belə onları özlərindən saymırlar. Görün, nə qədər rəzil bir rejimdir ki, xarici qüvvə (hərçənd onlar da mələk deyillər) ölkəsini vurur, vətəndaş sevindiyindən bayram edir.
Bu gün İranda hakimiyyət SEPAH-ın əlindədir. Nə Pezeşkian, nə Əraqçı, nə də digərləri səlahiyyət sahibi deyillər.
Heç onları adam yerinə belə qoymurlar.
İran XİN müavini Qəribabadinin “Biz bunu etməmişik, xəbərimiz yoxdur” deməsini də səmimi qəbul edirəm. Həqiqətən də onları adam yerinə qoyan yoxdur və məlumatsız olmaları mümkündür”.
Gülşən Rəsul
Oxşar Xəbərlər:

Sayğaclar ayda bir dəfə yox, hər yükləmədə pul tutur — Razi Nurullayev araşdırma tələb etdi (FOTOLAR)

Bu məmurun qohumları restoranı ələ keçirmək istəyir-FOTO

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT
TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO