05 mart 2026
5

Dosentdən Əmrullayevin sözlərinə SƏRT cavab: “Heç ünuversitet professoru da…”

   Azərbaycan reallığında nəinki univeritet məzunu, heç universitet professoru da yeni iş yeri aça bilməz.
Tribuna.az xəbər verir ki, bu sözləri Ali təhsil üzrə ekspert, dosent İlham Əhmədov bildirib. Onun fikrincə, buna səbəb nə məzun, də də professordur:
“Elm və Təhsil Naziri deyir ki, məzunlar yeni iş yerləri yaratmalıdır. Bu yaxşı təklifdir. Elmi, təhsili, texnologiyası inkişaf edən, normal biznes mühiti, qrant və kredit əlçatanlığı olan ölkələrdə bu mümkündür və 15 ildir ki, belə təcrübələr var.
Bəs Azərbaycan reallığında necə, bu mümkündürmü?
İndi 30 ilin müəssisələri bağlanır. Bu halda zəif universitetlərin zəif məzunları zəif əmək bazarında, zəif maliyyə imkanı ilə yəni, (pulsuz), təcrübəsiz, normal biznes mühiti olmayan, krediti baha, vergisi yüksək, sərhədləri bağlı, bazarı inhisarda, korrupsiyası şıdırğı v.s. kimi problemlərin olduğu bataqlıqda nə edə bilər ki?
İstedadlı tələbələr, öz alim müəllimləri ilə birgə, ən yaxşı halda savadsız tikinti maqnatının yanında muzdla işləyə bilər, əgər maqnatın bunlara ehtiyacı olarsa.
Azərbaycan reallığında nəinki universitet məzunu, heç universitet professoru da yeni iş yeri aça bilməz. Səbəb nə məzun, nə də professordur. Səbəb ETN və İN-nin 30 illik səmərəsiz fəaliyyətidir”.
Gülşən Rəsul